Həbsxanaya narkotik vasitə keçirilməsinin qarşısı alınıb
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısını alıblar.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum İntiqam Mirzəli oğlu Əsgərova vətəndaş Nurlan Əzizağa oğlu Həsənovun göndərdiyi sovqata baxış keçirilib.
Bu zaman şəkər tozundan bişirilərək hazırlanmış nabatın içərisində 5 ədəd sellofana bükülmüş xalis çəkisi 3,332 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
2025-02-26 22:36:19

2025-02-26 21:14:26

2025-02-26 20:42:31

2025-02-26 20:15:16

2025-02-26 20:09:06

2025-02-26 18:59:30

2025-02-26 18:57:18

2025-02-26 18:57:03

2025-02-26 18:48:03

2025-02-26 18:47:58

2025-02-26 18:35:21

2025-02-26 18:33:32
.jpg)
2025-02-26 18:31:01

2025-02-26 18:24:13

2025-02-26 18:17:31
2025-02-26 18:06:04
.png)
2025-02-26 18:00:47

2025-02-26 17:44:04

2025-02-26 17:28:54
