Azərbaycanda Lizinqlə avtomobil almaq sərfəlidirmi?
12:10 06-06-2014
CƏMİYYƏT
Azərbaycanda Lizinqlə avtomobil almaq sərfəlidirmi?
Dünyada avtomobil alış-verişində lizinqdən istifadə artır, Azərbaycanda isə hələlik bu sahə təzə-təzə inkişaf edir. Artıq avtomobil satışı ilə məşğul olan şirkətlər və lizinq təşkilatları bir-birindən fərqli və cazibəli lizinq proqramları hazırlayıb ictimaiyyətə təqdim edir. Bir sıra ölkələrdə alıcılar avtomobili lizinq yolu ilə əldə etməyə üstünlük verirlər. Məsələn, Almaniyada lizinq alışı daha populyardır. Almaniya, İsrail, Fransa kimi ölkələrdə il ərzində satılan bütün avtomobillərin 70-80 faizi lizinq yolu ilə satılır (ann.az).
Azərbaycanda isə lizinq şirkətlərinin sayı təxminən 20-dir. Bunlardan daha böyük paya malik olan Uni Lizinq, Ata Lizinq, AG Lizinq şirkətlərini göstərmək olar.
Azərbaycanda lizinq şirkətləri bankların törəmə müəssisələri kimi fəaliyyət göstərir. Məsələn, Ata Lizinqin Ata Bankla, Ag Lizinqin AGBankla bağlılığı var. Bunun səbəbi bankların lizinq fəaliyyəti ilə lizinq şirkətlərini yaradıb fəaliyyət göstərmək istəmələri və maliyyə cəhətdən bankdan asılı olmalarıdır.
Lizinq, yoxsa kredit?
Lizinq şirkətlərinin mövcudluğu o deməkdir ki, avtomobilləri kreditlə bərabər lizinq yolu ilə də əldə etmək olar. Lizinq kreditlə müqayisədə daha uzunmüddətlidir və illik faiz dərəcəsi aşağıdır. Lakin bir çox avtosalonlarda müştərilər ən yaxşı halda 5 illik kredit, 19 faiz illik və 20 faiz ilkin ödəniş şərtləri ilə rastlaşır.
O da məlumdur ki, yeni kredit şərtləri kifayət qədər ağırdır və yeni avtomobillər üçün kreditlər onların dəyərindən asılı olaraq 40-50 faiz həcmində ilkin ödənişlə veriləcək. Bununla yanaşı, istehsal tarixindən satışınadək 1 ildən çox vaxt keçməyən avtomobillər yeni hesab ediləcək. İşlənmiş avtomobillər üçün kredit şərtləri daha sərt olacaq. Kreditin məbləği avtomobilin dəyərinin cəmi 20 faizini təşkil edəcək. Yəni, belə kredit üzrə ilkin ödəniş əldə edilən maşının dəyərinin 80 faizini təşkil edəcək.
Belə olan təqdirdə lizinqlə avtomobil almaq vətəndaşların karına gələ bilər. Bankların avtomobil kreditlərinin şərtlərini sərtləşdirməsi nəticəsində kasıb duruma düşmüş avtomobil satışı mərkəzləri çıxış yolunu lizinqdə tapıb.
Lizinqlə illik 18 faiz, bank krediti ilə 14 faiz
Artıq Azərbaycanda "Mazda", "Honda", "Subaru" və "Mitsubishi" avtomobillərinin rəsmi satış mərkəzləri yeni lizinq şərtləri ilə kampaniyaya başlayıblar.
"Honda" avtomobil mərkəzindən verilən məlumata görə, avtomobillərin lizinqlə satışına yerli lizinq şirkətlərindən biri ilə əməkdaşlıq əsasında başlanılıb. İndi bütün "Mazda", "Honda", "Subaru" və "Mitsubishi" modellərini cəmi 20 faiz ilkin ödənişlə, illik 18 faizlə, 5 ilə qədər müddətə lizinq yolu ilə əldə etmək olar. Avtomobilin dəyərinin 50 faizini əvvəlcədən ödəyənlər isə qalan hissəni 14 faizlə lizinqə götürə bilərlər.
Bu halda avtomobil lizinq şirkətinin adına rəsmiləşdirilir və lizinq üzrə borc ödəndikdən sonra şəxsin adına keçirilir. Həmin müddətdə avtomobil lizinq şirkətinin verdiyi etibarnamə əsasında idarə olunur.
Avtomobillərin bank krediti ilə götürülməsinə gəlincə, "Honda" avtomobil mərkəzindən bildirirlər ki, bu halda ilkin ödəniş 50 faiz, kredit faizi 14 faiz, müddəti isə 5 ilə qədər olur.
"DəmirBank"dan əhaliyə yeni və istifadə olunmuş avtomobillərin alınması məqsədi ilə avtomobil lizinqi xidmətləri təklif edildiyini öyrəndik. Bankdan bildirdilər ki, 4 il müddətinə olmaqla, məbləğ 5000-dən 50000 AZN -dək, faiz dərəcəsi illik 21 faizdən başlayaraq təklif olunur.
Burada avtomobillər həm də komissiya məbləğin 1 faizi həcmində sığorta olunur.
"Nurgün Motors" da lizinqlə satış həyata keçirir. Buradan "Nissan", "İnfiniti", "Ford" və "Renault" modellərini cəmi 20 faiz ilkin ödəniş etməklə, 1 ildən 5 ilə qədər müddətə lizinqlə almaq olar. İllik 16 faizdən başlayaraq müştərilərə təqdim edilir. Həmçinin avtomobillərin yeni şərtlərlə bank krediti əsasında satışı da davam etdirilir.
Lizinqlə satışa "qırmız
işıq" təhlükəsi
Avtomobil biznesi çıxış yolu kimi lizinqə üz tutsa da, əlaqə saxladığımız bir neçə avtomobil satışı mərkəzlərindən bu üsulla satışın dayandırıldığını dedilər. Məsələn, hazırda "Hundai" avtomobilləri lizinqlə satışı müvəqqəti dayandırıb. Bu və digər mağazalardan bildirdilər ki, bu, müvəqqəti hal sayılır və lizinq şərtlərinə yenidən baxılacağı gözlənilir.
İqtisadçı-ekspert Əli Əlirzayevin sözlərinə görə, kreditləşdirmə və lizinqlə avtomobil satışına məhdudiyyətlərin qoyulması geri qaytarılmayan kreditlərin və lizinqlərin həcminin artması ilə əlaqədardır: "Hazırda bəzi avtomobil satışını həyata keçirən diler salonlarda lizinqlə satışa yenidən baxılması məhz bu səbəblə bağlıdır. Banklarda yaranan problemli kreditlər məsələsi lizinqlə avtomobil satışına da təsir göstərib".
İqtisadçı bu məsələdə nikbin mövqedə olmadıdğını da bildirdi. Onun sözlərinə görə, ümumi kreditləşmə siyasətində dəyişiklik olmasa, lizinqlə satışın azalması müşahidə oluna bilər.
Aliyə
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49