Azərbaycanlılar çimərliyə gedərkən nələri bilməlidir?
12:12 06-06-2014
CƏMİYYƏT
Azərbaycanlılar çimərliyə gedərkən nələri bilməlidir?
Məsləhətlərə əməl etmək sağlamlıq və htəhlükəsizlik baxımından çox vacibdir
Artıq çimərlik mövsümü başlanıb. Dəniz həvəskarı olanlar vaxt imkanı əldə edən kimi Xəzərin sahillərinə tələsirlər. Hər kəs çalışır ki, bu mövsümdə istirahət etməklə yanaşı həm də sağlamlığının qayğısına qalsın. Təəssüf ki, bu çox vaxt alınmır. Hətta bəzən elə olur ki, xoş əhvalla çimərliyə gedənlər xoşagəlməz problemlərlə geri dönürlər. Belə halların baş verməməsi üçün ən adi qaydalara riayət etmək kifayətdir.
Bəs, çimərliyə gedərkən nələri bilmək lazımdır? modern.az bu yazı ilə suala cavab verməyə çalışacaq.
Günəş şüalarını qəbul etmək, bədəni qaraltmaq xeyirli olduğu qədər həm də insana gözəllik gətirir. Amma bu, heç də o demək deyil ki, insan səhərdən axşama qədər dəniz sahilində günəş şüalarının altında qalmalıdır. Bunun tək bir fəsadını yadda saxlamaq lazımdır ki, günəş şüaları altında həddindən çox olmaq dəri xərçənginə səbəb ola bilər. Buna görə də çimərlikdə istirahət edərkən bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Bədəni qaraltmaq üçün ən münasib vaxt səhər saatlarında 9-dan 11-ə qədər, günortadan sonra isə 16-dan 19-a qədərdir. Günəş şüalarının qəbulu birinci gün 10 dəqiqə, ikinci gün 20 dəqiqə, üçüncü gün 30 dəqiqə olmalıdır. Və beləliklə günəş şüalarının altında olmaq vaxtını tədricən artırmaq lazımdır. Ancaq bu vaxt müddəti sutka ərzində 2 saatdan artıq olmamalıdır. Bu şərtlərə əməl etsəniz gözəl görünməyinizə şübhə etməyin.
Çimərlikdən çıxdıqdan sonra bədəninizi hökmən yaxşıca qurulayın. Daha yaxşı olar ki, bədəninizdən dəniz suyunun getməsi üçün duş qəbul edəsiniz.
Adətən mütaliə həvəskarları çimərliyə gedərkən özləri ilə kitab, qəzet və jurnal götürürlər. Nəzərdə saxlayın ki, çimərlikdə, günəş şüaları altında oxumaq görmə qabiliyyətinizdə ciddi problemlər yarada bilər.
Çimərliyə gedərkən özünüzlə eynək götürməyi unutmayın. Çünki açıq dəniz sahilində gözləri günəş şüalarından və qumdan qorumaq üçün eynək sizə yardımşı olacaq.
Müxtəlif bitki tərkibli kremlərdən istifadə etsəniz dərinizlə bağlı bir çox problemlərdən yaxa qurtarmış olarsınız. Bu məsələdə xüsusilə azyaşlı uşaqları nəzərə almaq lazımdır.
Gün ərzində çimərlikdə olduğunuz vaxt qida rasionunuza diqqət yetirmək vacib şərtlərdəndir. Təbii ki, çimərlikdə olarkən yağlı, konservləşdirilmiş ərzaqlardan imtina etmək lazımdır. Daha çox meyvə və tərəvəzlərə, xüsusilə tərkibi beta-karotinlə zəngin olan kök, ərik və şaftalıya üstünlük vermək daha xeyirli olar.
Orqanizmin maye balansını normal saxlamaq üçün gün ərzində çimərlikdə istirahət edərkən 1.5-2 litr su içmək lazımdır. Yaşıl çay, təbii meyvə şirələri də qəbul etmək faydalıdır. Qazlı, şirin içkilərdən uzaq olmağınız məsləhətdir. Belə içkilər susuzluğu aradan qaldırmır və həm də orqanizm üçün ziyandan başqa bir şey deyil.
Çimərlikdə olarkən gigiyenik qaydalara xüsusilə diqqət yetirin. İnsanların kütləvi toplaşdığı çimərlikdə antisanitar halların yaranmasına yol verməyin.
Nəhayət, dənizə baş vuranda fiziki imkanlarınızı nəzərə alın ki, növbəti qurbana çevrilməyəsiniz.
Çimərlik mövsümünü əldən verməyin, həm sağlam, həm də gözəl görünmək üçün Abşeron çimərliklərinə üz tutun. Ancaq yuxarıda sadalanan adi qaydalara riayət etmək şərti ilə.
İlham Cəmiloğlu
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54