Azərbaycanda yol polisinə "nömrə" gəlmək neçəyədir?
Azərbaycanda sürücülər avtomobillərini qaydalar çərçivəsində idarə etmək əvəzinə, cərimələrdən yayınmaq üçün qanunda öz xeyrləri naminə boşluq axtarırlar. milli.az-a daxil olan müraciətlər arasında sürücülərin avtomobildə anti-radarın yerləşdirilməsi ilə bağlı məqam da var.
Onlar bu qurğunun yerləşdirilməsinə görə cərimə olunub-olunmayacağını bilmək istəyirlər. Belə avadanlığa görə cərimə olunacaqlarını qeyri-rəsmi olaraq bilsələr də, bunu məntiqsizlik hesab edirlər.
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirdi ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinin 155.7-ci maddəsi ilə tənzimlənir. Nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə cərimə nəzərdə tutulub.
Şöbə rəisinin sözlərinə görə, burada söhbət sürəti ölçməyə və ölçmə cihazlarının işinə mane olan və digər qurğulardan gedir. Bu radar detektorlar da ola bilər ki, nəqliyyat vasitəsinin sürətinin ölçməsinə və işləməsinə mane olur. Bütün bu hallara görə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə beş yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir.
Anar Məmmədov
Digər Xəbərlər
2025-02-26 22:36:19

2025-02-26 21:14:26

2025-02-26 20:42:31

2025-02-26 20:15:16

2025-02-26 20:09:06

2025-02-26 18:59:30

2025-02-26 18:57:18

2025-02-26 18:57:03

2025-02-26 18:48:03

2025-02-26 18:47:58

2025-02-26 18:35:21

2025-02-26 18:33:32
.jpg)
2025-02-26 18:31:01

2025-02-26 18:24:13

2025-02-26 18:17:31
2025-02-26 18:06:04
.png)
2025-02-26 18:00:47

2025-02-26 17:44:04

2025-02-26 17:28:54
