Heydər Əliyev Fondunun dəstəyi ilə
Yunanıstanda silsilə tədbirlər keçiriləcək
Heydər Əliyev Fondu və Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə bu ölkədə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Heydər Əliyev Fondunun mətbuat xidmətindən verilən məlumata görə, ilk tədbir iyunun 6-da Afinada "Meqaro Musikis" Musiqi Kompleksində baş tutacaq.
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Yunanıstan paytaxtının ən böyük musiqi salonunda maraqlı konsert proqramı ilə çıxış edəcək. Klassik musiqi axşamında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Cahangir Cahangirov, Niyazi və Vaqif Mustafazadənin əsərləri ilə yanaşı, Astor Piazolla, Pablo de Sarasate, Ernesto de Kurtis kimi dünya şöhrətli musiqiçilərin əsərləri səslənəcək. Konsertin baş dirijoru xalq artisti Teymur Göyçayevdir.
Konsertdən əvvəl qonaqlar Heydər Əliyev Fondu tərəfindən son illərdə çap olunmuş müxtəlif nəşrlərlə tanış olacaqlar.
Digər Xəbərlər
2025-02-26 22:36:19

2025-02-26 21:14:26

2025-02-26 20:42:31

2025-02-26 20:15:16

2025-02-26 20:09:06

2025-02-26 18:59:30

2025-02-26 18:57:18

2025-02-26 18:57:03

2025-02-26 18:48:03

2025-02-26 18:47:58

2025-02-26 18:35:21

2025-02-26 18:33:32
.jpg)
2025-02-26 18:31:01

2025-02-26 18:24:13

2025-02-26 18:17:31
2025-02-26 18:06:04
.png)
2025-02-26 18:00:47

2025-02-26 17:44:04

2025-02-26 17:28:54
