"Təhsil naziri Mikayıl Cabbarovdan əsas gözləntim budur ki..."
10:51 07-06-2014
CƏMİYYƏT
"Təhsil naziri Mikayıl Cabbarovdan əsas gözləntim budur ki..."
Hər bir ölkənin təhsilində olan problemlər demək olar ki, bütün digər sahələrə təsirsiz ötüşmür. Təhsildə korrupsiya, kadr çatışmazlığı, savadsızlıq, yeniliklərin tətbiq olunmaması kimi problemlərin varlığı yeni problemlər doğurur.
"Təhsil naziri Mikayıl Cabbarovdan gözləntiniz nədir? Təhsil sahəsində hansı islahatların aparılmasını istəyərsiniz?"
Ekspert Etibar Əliyev: "Mikayıl Cabbarova qədər təhsil sahəsində 16 islahat proqramı və layihə qəbul olunub. Keçmiş təhsil naziri Misir Mərdanovun vaxtında qəbul olunmuş həmin proqram və layihələrə yüz milyonlarla manat vəsait ayrılmışdı. Bura kurrikulum islahatı, təhsilin məzmunu, maliyyələşmə, təhsilin idarə olunması və s. daxildir. Ancaq təəssüflər olsun ki, bu islahat proqramları uğurla həyat keçməyib. Ona görə də təhsildə çox ciddi problemlər var. Mikayıl Cabbarov Təhsil naziri təyin olunandan sonra hələlik böyük maliyyə vəsaiti ayrılan proqram və layihələr qəbul olunmayıb. Hazırda aparılan ən mühüm islahatlar şübhəsiz ki, müəllim hazırlığı, təhsilverənlərin keyfiyyətinin yüksəldilməsi, sınaq qiymətləndirilməsi ilə bağlıdır. Hazırda təhsilin bütün pillələrində çox ciddi islahatlara ehtiyac var. Xüsusilə, məzmun, təhsilin metodlarının yenilənməsi istiqamətində, ali təhsildə çox ciddi islahatlara ehtiyac var. Baxmayaraq ki, Boloniya sisteminə qoşulmuşuq, ancaq o islahat Azərbaycan ali təhsil sistemində demək olar ki, tam bərqərar olmayıb. Yəni Boloniya sisteminə yenidən qayıtmaq lazımdır. Ali təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində çox ciddi islahatlara ehtiyac var. Ali təhsilin proqramlarından tutmuş ali təhsilin məzmunu da daxil olmaqla ali məktəblərin idarəetmə sisteminin dəyişməsini buna aid etmək mümkündür. İndiki şəraitdə orta ixtisas təhsili məktəblərində təhsilin keyfiyyəti çox aşağı səviyyədədir. Bu istiqamətdə ciddi addımlar atmaq lazımdır. Yəni orta peşə təhsilinin məzmununun dəyişməsinə çox ciddi ehtiyac var. Hələlik bunlar müəyyən ardıcıllıqla həyata keçməlidir. Ən əsas islahlar isə məktəbəqədər təhsil sistemində ibtidai təhsil pilləsində aparılmalıdır. İbtidai təhsilin keyfiyyətsizliyi ucbatından cidd problemlər var".
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Kamilə Əliyeva: "Mikayıl Cabbarov həm gənc, həm təhsil işlərini aparacaq islahatları yaxşı bilən bir insandır. Yəni yerində, vəzifəsində olan bir insandır. Hər-halda bu günə qədər də təhsildə bir sıra islahatlar aparılıb və onların da müsbət nəticələrini görürük. Bu islahatlar bundan sonra da aparılacaq və onun gözəl nəticələri bir daha həm Azərbaycan tələbələrinə, həm şagirdlərinə məsləhət verib, istiqamət verəcək. Mən konkret hansı islahatların aparılmasını bir-bir sadalaya bilmərəm. Amma hər-halda bu islahatlar cənab prezidentin göstərişləri ilə Nazirlik, nazir tərəfindən müxtəlif istiqamətlərdə aparılır və onun da müsbət nəticələrini həm görürük, həm də bundan sonra da görəcəyik".
Eks-deputat Şahlar Əsgərov: "Təhsil sahəsinin problemləri çoxdur. Uzun illər bu problemlər öz həllini tapmayıb. Qısa zaman müddətində bunları tam həll etmək qeyri-mümkündür. Mən bir neçə problemi sadalayım. Təhsildə biliyin qiymətləndirmə məsələsi çox mürəkkəbləşib. Verilən qiymət biliyə adekvat deyil. Təhsilin məzmunu tam kamilləşməlidir. Təhsilin məzmunu, proqramı elə olmalıdır ki, uşaq orta məktəbi bitirəndə ordan vətənpərvər kimi ayrılsın. Təhsildə neqativ hallar aradan qaldırılmalıdır. Təhsil gənclərə elə bilik verməlidir ki, orta məktəbi qurtaranda o özünü saxlaya bilsin. Bu dünyanın inkişaf etmiş ölkələrində də belədir. Ən azı özünü müstəqil insan kimi hesab etməlidir. Dövlət xarici dil öyrənmək üzrə o qədər pul xərcləyir. Amma uşaq orta məktəbi, institutu qurtarır, dil bilmir. Yəni pul biliyə çevrilmir. İnşallah düzələr, amma təhsilin problemi çoxdur".
"Movqe.az" saytının əməkdaşı Zülfiyyə Quliyeva:
"Təhsil Nazirliyindən gözləntilərim çoxdur. Nazirlikdən ən böyük gözləntim təhsil sahəsində korrupsiyanı aradan qaldırmaq, təhsilin keyfiyyətinin artırılması istiqamətində əməli işlər görmək, dərsə gedən uşaqları repetitor yanına da getməyə məcbur edən səbəbi aradan qaldırmaqdır. Nazirlikdən daha çox gözləntim Azərbaycanın təhsil sahəsində elektron xidmətlərin sistemini yaratmasıdır. Təhsil sistemində elektron xidmətlərin tətbiqi, həmin xidmətlərin vahid məkana, elektron hökumətə inteqrasiyası ilə bağlı Nazirlər Kabineti Təhsil Nazirliyinin üzərinə öhdəlik qoysa da, indiyədək bu nazirlik cəmi 3 elektron xidmətini e-hökumətə inteqrasiya edib. Məncə nazirlik şagird və tələbələrin daha çox yararlandığı xidmətləri elektronlaşdırmalı, internet üzərindən şagird, tələbə və valideynlərə böyük imkanlar açmalıdırlar.
Nazirlikdən daha bir gözləntim dövlət uşaq müəssisələrinə nəzarəti gücləndirməkdir. Rüşvətxor, yaşlı məktəb direktorlarını yenilikçi gənc və perspektivli kadrlarla əvəzləmək yönündə əməli işlər görməkdir".
Misranə Həsənzadə
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54