Əli Kərimli yeni şou düzənləməyə hazırlaşır
10:52 07-06-2014
CƏMİYYƏT
Əli Kərimli yeni şou düzənləməyə hazırlaşır
Mehman Muradlı deyir ki, AXCP-dəkilər hər zaman süni gərginlik yaradaraq, gündəmdə qalmağa çalışıblar
Radikal müxalifət, daha dəqiq desək, AXCP sədri Əli Kərimli yeni şou yaratmaq istəyir. AXCP sədri indi də qanunları pozaraq, hakimiyyətin təzyiqlərinə məruz qaldıqları görüntüsünü yaratmağı planlaşdırır.
Belə ki, qanunvericiliyə əsasən, siyasi partiyalar bir illik fəaliyyətə dair maliyyə hesabatlarını hər il aprelin 1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
İllik maliyyə hesabatı müəyyən edilmiş müddətdə təqdim edilmədikdə, Maliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verir.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qeyd olunan müddətdə 44 siyasi partiya mühasibat uçotu subyekti kimi 2013-cü il üzrə maliyyə fəaliyyətinə dair müvafiq hesabatı Maliyyə Nazirliyinə təqdim edib. 11 siyasi partiya tərəfindən isə bu günədək 2013-cü il üzrə illik maliyyə hesabatları nazirliyə təqdim olunmayıb.
Bunlar Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Demokrat Sahibkarlar Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azadlıq Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyasıdır.
Hesabatlarını təqdim etməyən siyasi partiyalarla bağlı qeyd olunur ki, Maliyyə Nazirliyi tərəfindən onlara xəbərdarlıq edilməklə inzibati məsuliyyətə cəlb olunmaqla bağlı bildirişlər göndərilib: "Hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan siyasi partiya maliyyə hesabatlarını təqdim etməkdən azad edilmir və həmin təşkilatlar boş hesabat formalarını müşayiət məktubu ilə birlikdə təqdim etməlidir".
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsinə əsasən, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilib. Beləki müəyyən olunmuş vaxt ərzində sözügedən hesabatı təqdim etməyən vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək miqdarda cərimə edilirlər.
Məsələylə bağlı fikirlərini "Unikal"la bölüşən "Informasiyalı Cəmiyyət Uğrunda" Ictimai Birliyinin sədri, tanınmış hüquqşünas Mehman Muradlı maliyyə hesabatı verməyən partiyaların qanunu pozduqlarını bildirib. Onun sözlərinə görə, AXCP başda olmaqla, bir sıra partiyaların maliyyə hesabatlarını verməməsi onların maliyyə qaynaqlarının şübhəli olduğunu düşünməyə əsas verir: "AXCP yetkililəri bəyan edirlər ki, onlar hər zaman şəffaf fəaliyyət göstərirlər. Bəs, necə şəffaf işləyirlər ki, qanunun tələblərinə belə məhəl qoymurlar. Qanunvericiliyə görə, maliyyə hesabatı verməyən partiyaların inzibati məsuliyyətə cəlb olunması gündəmə gələ bilər. Amma AXCP kimi partiyalar buna da məhəl qoymurlar. Çünki hesabat verə bilməyəcəklərindən əmindirlər. Onlar iddia edirlər ki, partiya üzvlərindən ianələr toplanır. Məgər AXCP-nin nə qədər üzvü var ki, onların hərəsindən toplanan vəsaitlə partiya saxlanılsın, Əli Kərimli başda olmaqla, rəhbər strukturlar əmək haqqı alsın. Sözsüz ki, bütün bunlar yalan və şişirtmədir. Bu partiyaların heç birinin maliyyə mənbələri şəffaf deyil. Xarici qüvvələrdən alınan maliyyənin hesabatını vermək isə mümkün deyil".
Hüquqşünas onu da vurğulayıb ki, AXCP və digər radikal müxalifət partiyaların maliyyə hesabatlarını verməyərək yeni şou düzəltmək üçün zəmin hazırlayırlar. Onunn sözlərinə görə, Əli Kərimli qəsdən hesabatların verilməsini istəmir: "Onlar yaxşı bilirlər ki, hesabat vermədiklərinə görə inzibati məsuliyyət var və cərimə oluna bilərlər. Ona görə də istəyirlər ki, belə bir məsələ gündəmə gəlsin və bunu hakimiyyətini təzyiqi kimi qələ versinlər. Bu adamlar hər zaman süni gərginlik yaradaraq, gündəmdə qalmağa çalışıblar. İndii də analoji plan üzərində işləyirlər".
M.Muradlı təmsil olunduğu partiyanın qanunun tələblərinə daim riayət etdiyini vurğulayıb. "BAXCP hər il maliyyə nazilrliyən hesabt təqdim edir. Bununla bağlı partiyanın müəyyən strukturları və maliyyə şöbəsinin rəhbərliyi bütün lazımı sənədləri maliyyə nazirliyinə sənədlər təqdim edir. İndiyə kimi heç neqativ halla rastalşamışıq. ", - deyə müsahibimiz fikrini tamamlayıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54