Milli Şura tarixin arxivinə göndərilir
10:53 07-06-2014
CƏMİYYƏT
Milli Şura tarixin arxivinə göndərilir
Müxalifəti daha bir "böyük layihəsi" yay tətilinə çıxır
Müxalifətin əsas birliklərindən sayılan Milli Şura getdikcə çökməkdədir. Hətta iş o yerə çatıb ki, Milli Şuranın iclaslarını da ləğv etmək istəyirlər. Bunun üçün yaxşı bəhanə də tapılıb.
Belə ki, yay fəsli ilə əlaqədar Milli Şuranın sessiyaları müvəqqəti keçirilməyə bilər. Bu barədə VHP Ali Məclisinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı deyib.
R.Manaflı qeyd edib ki, yay fəsli ilə əlaqədar Milli Şuranın sessiyalarının fəaliyyətinə müvəqqəti xitam verilməsi haqqında müzakirələr aparılır: "Bu məsələ hazırda gündəmdədir. Çünki yayda qurumun əksər üzvləri Bakıda olmayacaq, bir çoxları istirahət mərkəzlərinə gedəcəklər. Ancaq hələ ki, konkret bir qərar yoxdur. Ehtimal ki, sessiyalara payıza qədər fasilə veriləcək".
R.Manaflı onu da deyib ki, qurumun sessiyalarının keçirilməsi ilə bağlı yer problemi mövcuddur: "Biz Klassik Xalq Cəbhəsi Partiyasının qərargahını ehtiyat variant kimi saxlayırıq, ancaq eyni zamanda alternativ yerlər haqqında da düşünürük. Bu istiqamətdə olan təklifləri müzakirə edirik".
Milli Şuranın üzvü, Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər "Unikal"a açıqlamasında artıq Milli Şuranın əvvəlki gücünün qalmadığını deyib. Onun sözlərinə görə, Şura yaranan gündən formalaşma prinsipi yanlış olduğunda getdikcə problemlər daha da dərinləşdi: "Hesab edirəm ki, Milli Şura layihəsi nəzərdə tutulan effekti vermədi. Bir sıra partiyaların qurumu tərk etməsi və digər problemlər yeni, amma daha geniş spektri əhatə edən birliyin yaradılması zərurətini artırır".
Qeyd edək ki, bir müddət öncə S.Əkbər mətbuata açıqlamasında "təkliflərimizə müsbət cavab verilməsə, Milli Şurada qalıb, vaxt itirməyin tərəfdarı deyilik" açıqlamasını vermişdi. Bununla bağlı məsələnin nə yerdə olduğuna gəlincə, S. Əkbər bildirib ki, hələ müzakirələr başa çatmayıb, islahatlar davam edir: "Fəaliyyət proqramında başlıca məqsəd və vəzifənin müəyyən olunması ilə bağlı təkliflərim əsasın nəzərə alınıb. Struktur islahatı indi başlayıb. Struktur islahatında hələlik KŞ yaradılıb. Amma say tərkibi ilə bağlı təklifim qəbul edilməyib. Hazırda mən Milli Şuranın sıravi üzvüyəm, rəhbərlikdə təmsil olunmuram. Bu da imkan verir ki, partiya quruculuğuna daha çox vaxt ayırım".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54