Həyəcan təbili: Ukrayna-Rusiya sərhədinin 100 kilometri "yoxa çıxdı"!
08:13 10-06-2014
İQTİSADİYYAT
Həyəcan təbili: Ukrayna-Rusiya
sərhədinin 100 kilometri "yoxa çıxdı"!
Donetskdə növbəti qanlı döyüş baş verdi
Ukraynanın Donetsk vilayətinin Rusiya ilə təxminən 100 kilometrlik sərhədi hazırda mühafizəsizdir. Bu barədə unian.net saytı bildirib.
Saytın yazdığına görə, son bir həftədə terrorçuların ən aktiv hücumları Ukrayna-Rusiya sərhədində qeydə alınıb. Ukrayna Nazirlər Kabineti isə Rusiya ilə sərhəddəki səkkiz buraxılış məntəqəsinin müvəqqəti bağlanması barədə qərar verib. Ukrayna-Rusiya sərhədinin ümumi uzunluğu 2,3 min kilometrdir. Bu, Avropada iki dövlət arasındakı ən uzun sərhəddir.
Ukrayna saytının yazdığına görə, 23 illik müstəqillik dövründə rəsmi Kiyev bu sərhədi tamamilə təhlükəsiz hesab edib. "Ukrayna Rusiyadan müdafiə olunmaq üçün heç bir müdafiə strategiyasına malik deyildi", - sayt yazır.
"Sərhədin hər kilometrinə iki sərhədçi düşür. Bu nə mühafizədir?", - Sunqurovski adına mərkəzin hərbi proqramlar direktoru Nikolay Razumkov təəccüblənir. O, sərhəd xidmətinin faktiki olaraq polis xidmətinə çevrildiyini, güc komponentinin minimallaşdırıldığını deyir.
Həqiqətən də , Ukrayna ordusunun Krımın Rusiya tərəfindən zəbt edilməsi zamanı, həm də ölkənin şərqindəki döyüşlərdə çox gücsüz təsiri bağışladığı bildirilir. Ukrayna parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin deputatı Yuri Sirotyuk 2012-ci ilin oktyabrında komitə iclasında sensasiya doğuracaq bir bəyanat verdi. "Əgər Ukrayna ordunun zəifləməsi tendensiyasının qarşısını almazsa və öz müdafiə strategiyasını dəyişdirməzsə, gələn ildə torpağımızda Rusiya qoşunlarını görəcəyik", - ukraynalı deputat həyəcan təbili çalırdı.
Bu gün isə Sirotyuk "mən haqlı idim" deyir. Rusiya mart ayında Krım yarımadasını zəbt etdi. Rusiya həmçinin Şərqi Ukrayna ilə sərhəddə hərbi təlim adı altında qoşunu cəmlədi. Rusiya Ukrayna ordusuna qarşı vuruşan separatçılara qarşı hər çür dəstək göstərir.
Rusiyanın təcavüzkar siyasəti fonunda Kiyevdə ordunun necə möhkəmləndirilməsi yolları müzakirə edilir. Problemin sürətli həlli isə çox çətindir. Ordunun zəifləməsinin əsas səbəblərindən biri kimi korrupsiyanın kütləvi miqyası göstərilirsə, digər bir səbəb isə ölkənin antirus və antiavropa düşərgələrə parçalanması hesab edilir.
"Müstəqillik dövründə Ukrayna ordusu inkişaf etmirdi. Əslində, hər şey tam tərsinə idi", - Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk deyir.
Tımçukun sözlərinə görə, ən böyük müvəffəqiyyətsizlik onunla bağlı oldu ki, hərbçilər məhz qonşu Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizə strategiyasını hazırlamadırlar.
Sovet İttifaqının dağılmasından sonra keçən 23 il ərzində Ukraynada hərbi xərclər hər il azalıb. Məsələn, 2002-ci ildə Ukrayna dövlət büdcəsinin təxminən 6,8 faizini müdafiəyə xərclədiyi halda, bu 2011-ci ildə bu rəqəm 4, 2013-cü ildə isə cəmi 3,6 faiz idi. Hərbi büdcənin azalması ilə Silahlı Qüvvələrin sayının ixtisarı paralel şəkildə gedirdi. İxtisarlar adətən "soyuq müharibə"nin başa çatması ilə izah olunurdu. Ukraynanın Silahlı Qüvvələrində 1992-ci ildə təxminən 780 min insan var idi. Bu rəqəm 2009-cu ildə 245 min oldu, bu gün isə 140 mindir. Onlardan yalnız 6 mini döyüş əməliyyatlarının aparılmasına hazırdır.
Ukrayna liderləri uzun illər özlərini 1994-cü il Budapeşt memorandum ilə sakitləşdirirdi. Hansı ki, Ukrayna həmin müqavilə ilə sovet dövrünün nüvə silahından müstəqilliyi və ərazi bütövlüyünə verilən zəmanət əvəzində imtina etdi. Kiyevə bu zəmanəti ABŞ, Böyük Britaniya və Rusiya vermişdi.
Sirotyuk bildirir ki, 2010-cu ildə Ukrayna ordusunun ideologiyasında Rusiyaya tərəf kəskin dönmə baş verdi. Ukrayna müttəfiqi və müdafiəçisi olaraq Rusiyaya etibar etdi. Yenidən seçilmiş prezident Yanukoviç hesab etdi ki, Silahlı Qüvvələrə pul qoymağa ehtiyac yoxdur.
Bunun əvəzində isə o, daxili təhlükəsizliyin təminatı ilə məşğul olan milisin və başqa güclərin inkişafına xüsusi diqqət yetirməyə başladı. "Hamı bilirdi ki, milis insanları müdafiə etmir. Eyni zamanda Ukrayna ordusu tənəzzül edirdi", - Sirotyuk təəssüf hissi keçirir.
Yanukoviç 2010-2013-cü illərdə 25 hərbi bazanı yerli hakimiyyətlərə verdi. Yerli hakimiyyətlər isə onları isə şəxsi şirkətlərə kirayə verməyə başladılar. Hökumət 2013-cü ilin noyabrında orduya məxsus 96 bina və torpaq sahəsi ötürülməsi planını hazırladı. "Və indi nə oldu? Rusiya təcavüzkar oldu, amma Budapeştdə razılaşmanı imzalayan ölkələr susurlar", -Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk deyir.
Donetsk vilayətinin
Artyomovsk rayon
mərkəzində ordu
və separatçılar
arasında qanlı döyüş
Bu arada Donetsk vilayətinin Artyomovsk rayon mərkəzində ordu qüvvələri və silahlı separatçılar arasında döyüş olub, ölən və yaralananların olduğu bildirilir. "RİA Novosti"nin verdiyi xəbərdə bildirilir ki, ilkin məlumata görə, hər iki tərəfdən 3 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.
Artyomovsk - Donetsk vilayətində yerləşən rayon mərkəzidir. Donetsk şəhərindən 65 km şimal-şərqdə yerləşir.
Avropa Ukraynaya
arxa çevirdi?
Fransa Xarici İşlər Naziri Loran Fabius Ukraynanın Aİ-yə üzvlük şansının hələ kifayət qədər az oluğunu hesab edir. Ukrayna mətbuatı xəbər verir ki, o həm də Aİ-nin də buna hazır olmadığını bildirib. Fransalı nazir bu fikirləri Ukraynanın yeni seçilən prezidenti Pyotr Poroşenkonun inauqurasiya çıxışını şərh edərkən bildirib.
Belə ki, Fabiusun fikrincə AB-yə üzv ölkələr Ukraynanın öz sıralarına keçməyinə və Ukraynanın da buna hazır olmadığı bir zamanda Poroşenko Avropa yönümlü çıxışı ilə bir az tələsib.
Fabius həmçinin Avropa Parlamentində Poroşenkonun Assosiasiya Sazişinin imzalanmasının AB yolunda ilk addımdır tezisi ilə razılaşan fərdləri görmədiyini bildirib. Fabius Ukraynanın AB ilə bərabər RF ilə də münasibətlər qurmağının vacibliyini qeyd edib və bununla əlaqədar Poroşenko ilə Putinin Normandiyada birləşmiş qüvvələrin enişinin 70 illik yubileyi zamanı qeyri rəsmi görüqşünü dəstəkləyib.
Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko öz inauqurasiya mərasimi zamanı çıxışında Aİ ilə Assosiasiya sazişinin tez zamanda imzalanmasına dəstək verdiyini bildirib. O prezidentliyinin ilk dəqiqələrində belə sazişin iqtisadi tərəfinin imzalamağa hazır olduğunu və çox güman ki, bu hissənin 27 iyunda imzalanacağını qeyd edib.
Ukraynada həlak olan çeçenlərin ailələrinə kompensasiya verilir
Ukraynadan həlak olan çeçen döyüşçülərin meyitləri vətənlərinə gətirilir. kafkaz.centr xəbər verir ki, Çeçenistana gətirilən meyitlərin sayı hələlik gizli saxlanılır. Amma hər ölən döyüşçünün ailəsinə 85 min dollar məbləğində kompensasiya verildiyi məlumdur.
Tabutları və kompensasiyanı ailələrə rus zabitləri verib.
İndiyədək Ukraynada öldürülən çeçen döyüşçülərin dəqiq sayını heç kim bilmir. Rusiya hakimiyyəti bu faktı gizli saxlayır.
Putin çıxışlarında dəfələrlə vurğulayıb ki, Ukraynanın şərqində mərkəzi hakimiyyətə qarşı vuruşan dəstələr arasında heç bir Rusiya hərbçisi yoxdur. Amma Çeçenistana gətirilən meyitlər bunun tam əksini sübut edir.
Ukrayna rus jurnalistləri sərbəst buraxdı
Rusiyanın "Zvezda" telekanalının Ukraynanın Slavyansk şəhəri yaxınlığında saxlanılan əməkdaşları azad ediliblər.
Operator Andrey Suşenkov və səs mühəndisi Anton Malışev artıq Ruksiya ərazisindədirlər.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin nəzarətində olan telekanalın əməkdaşları Slavyansk yaxınlığında Ukrayna Milli Qvardiyasının döyüşçüləri tərəfindən cümə günü saxlanılmışdılar.
"Krım ssenarisi" bu dəfə Gürcüstanda
Dünən o da məlum olub ki, Gürcüstandan birtərəfli şəkildə ayrılan və dünyanın bir neçə ölkəsinin tanıdığı "Cənubi Osetiya Respublikası"nın Rusiyaya birləşməsi ilə bağlı çağırışların reallığa çevrilməsi çox yaxındır. Rus mətbuatının verdiyi məlumata görə, qondarma qurumda keçirilən "parlament seçkiləri"ndə Cənubi Osetiyanın Rusiyaya birləşməsi tərəfdarları qalib gəlib.
"Vahid Osetiya" Partiyası seçicilərin 44 faizinin səsini qazanıb. "Parlament seçkiləri"nin nəticəsi Cənubi Osetiyanın Rusiyaya birləşməsi üçün keçirilməsi təklif edilən referendum üçün yol açır.
Xatırladaq ki, hələ bu ilin əvvəlində "Cənubi Osetiya respublikası"nın ən böyük partiyalarından olan "Vahid Osetiya" ölkə rəhbəri Leonid Tibilova "Şimali Osetiya ilə birləşmək" üçün referendum keçirilməsi barədə müraciət hazırlayıb. Referendum iştirakçıları "Cənubi və Şimali Osetiyanı bir subyekt kimi Rusiyanın tərkibində görmək istəyirsinizmi?" sorğusunu cavablandırmalıdırlar. Partiya lideri Anatoli Bibilova görə, eyni referendum Rusiyada da keçiriləcək. Bunun üçün Rusiyadakı parlament partiyaları və ictimaiyyətlə böyük iş aparmaq tələb olunur.
Cənubi Osetiya lideri də bu regionun Rusiyanın daxilinə qatılmasını istisna etmir. L.Tibilov deyib ki, Cənubi Osetiya Rusiya federasiyasının tərkibinə daxil olmaq prosesinə ciddi hazırlıq mərhələsindədir. Tibilov hesab edir ki, vaxtı çatanda bölünmüş Osetiya xalqı birləşəcək.
Şimali Osetiya hazırda Rusiyanın tərkibindədir. Cənubi Osetiya 2008-ci ildən bəri de-fakto Gürcüstandan ayrılıb. Burada Rusiyanın hərbi qüvvələri yerləşir.
Cənubi Osetiyanın Rusiyaya birləşməsini çağırışlarını reallığa çevirən ən önəmli faktor, heç şübhəsiz ki, 27 iyun tarixinin yaxınlaşmasıdır. Həmin tarixdə Avropa Birliyi ilə Gürcüstan arasında assosiasiya müqavilənin imzalanması nəzərdə tutulub.
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53