Sərkisyan Azərbaycana işləməkdə ittiham edildi
08:18 10-06-2014
CƏMİYYƏT
Sərkisyan Azərbaycana işləməkdə ittiham edildi
İttiham edənlər isə keçmiş prezident Köçəryanın adamlarıdı
Ermənistanın sabiq prezidenti Robert Köçəryanın hazırkı dövlət başçısı Serj Sərkisyan iqtidarı ilə ixtilafı dərinləşir. R. Köçəryanın Ermənistanın Avrasiya İttifaqına Dağlıq Qarabağsız getməsini tənqid etməsi birmənalı qarşılanmır.
Qeyd edək ki, Ermənistanın xarici işlər nazirinin müavini Savarş Köçəryan "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində keçmiş dövlət başçısının fikirlərini şərh edərkən onu ittiham edib. XİN rəsmisi R. Köçəryanın Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi adlandırmasına qarşı çıxıb. "Bu, Azərbaycanın dəyirmanına su tökməkdir",-deyə XİN təmsilçisi söyləyib.
R. Köçəryanın mətbuat xidmətinin rəhbəri Viktor Soqomonyan isə XİN başçısı müavininin dediklərinə belə reaksiya verib: "XİN Robert Köçəryanın nüfuzunu nəzərə alaraq onun fikirlərinə reaksiya verməyə bilərdi. Görünür Savarş Köçəryanda ciddi yaddaş problemləri var. Robert Köçəryan Dağlıq Qarabağın "prezidenti" və Ermənistanın dövlət başçısı olarkən bir şüarı var idi: "Birləşmək". Robert Köçəryan dəfələrlə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının son hədəfi Dağlıq Qarabağla Ermənistanın birləşməsindən ibarətdir",-deyə R. Köçəryanın nümayəndəsi bildirib.
O, hazırkı durumda Ermənistanla Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı rejimin bir-birinə inteqrasiyasını konfederativ model kimi xarakterizə edib.
R. Köçəryanın nümayəndəsi Ermənistan XİN başçısı müavini haqqında da daha sərt ittiham səsləndirib:
"Dağlıq Qarabağ hərəkatının unudulması və Ermənistan Xarici İşlər Nazirliyində belə bir adamın olması, Azərbaycana ötürülən paslardır". Xatırladaq ki, Astanada Avrasiya İqtisadi Birliyinin yaradılması zamanı Qazaxıstan prezidenti Nursulatan Nazarbayevin Ermənistana Azərbaycanın mövqeyini çatdırmasını Serj Sərkisyan sükutla qarşılamışdı. Bundan sonra isə Ermənistan mətbuatı və siyasətçiləri prezident Serj Sərkisyanı səriştəsiz adlandıraraq onu tənqid edib.
Fuad
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24