Milli Şuranın "fatihə"si oxunur
08:20 10-06-2014
CƏMİYYƏT
Milli Şuranın "fatihə"si oxunur
Əli Əliyev: "Müstəsnalıq sindromundan qurtulmayan heç kəs siyasi uğura çata bilməz"
Müxalifətin əsas birliklərindən sayılan Milli Şuranın getdikcə zəifləməsi və sıralarının seyrəlməsi cəmiyyətin gözü önündə baş verir. İş o yerə çatıb ki, artıq qurumun iclaslarını keçirmək üçün yetərsay da olmur.
Bu səbəbdən də artıq Milli Şurada qurumun perspektivinə inanmayanların sayı artıb. Ona görə də bu qurumun əleyhinə açıqlama verməkdən də çəkinmirlər. Milli Şuranın üzvü Sülhəddin Əkbərin mətbuata verdiyi son müsahibdə səsləndirdiyi fikirlər qurumdan yeni qopmaların olacağına bir işarədir: "Təəssüf ki, Milli Şuranı geniş formatda yarada bilmədik, üstəlikdə yaranandan sonra orda neqativ proseslər baş verdi. İndi orda nə Lalə Şövkət, Liberal Partiyası, nə İsa Qəmbərlə Müsavat Partiyası, nə Eldar Namazovla "El" Hərəkatı, nə Rəsul Quliyev var, eyni zamanda, son sessiyada Mirmahmud Mirəlioğlu və KXCP-nin münasibəti də bəllidir. Yəni, görünən odur ki, Milli Şura artıq siyasi birliyə çevrilib və artıq ümummilli format deyil. Açığı, Milli Şuranın qarşısına qoyduğu məsələləri həll edə biləcəyini düşünmürəm". Göründüyü kimi, 2015-ci ilə kimi Milli Şuranın ayaqda qala biləcəyi sual altındadır. Belə getsə, bu ilin payızında Milli Şura buraxıla bilər.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Milli Şuranın siyasi təşkilat olaraq bitmiş bir ittifaq olduğunu deyib. Onun sözlərinə görə, "Milli Şura əvvəldən yanlış dalğada formalaşıb. Prezident seçkiləri üçün formalaşdırılmış bu qurum Parlament seçkilərində bir çoxları üçün işə yaramayacaq. Ona görə də Parlament seçkiləri yeni tərzdə dəyərləndirilməlidir. Müxalifət düşərgəsi bütövlükdə situasiyanı dəyişməyə cəhd etməlidir. Azərbaycan 2015-ci il seçkilərinə təmamilə fərqli geosiyasi şərtlər daxilində qədəm qoyacaqdır. Hesab edirəm ki, müxalifət qüvvələri hakimiyyətin formalaşdıracağı Məclisi deyil, beynəlxalq müşahidənin nəzarətində xalqın səsi ilə yaranacaq Parlamenti düşünməlidirlər".
VİP sədri onu da qeyd edib ki, Milli Şura artıq geniş birlik modeli deyil, bir partiyanın birliyidir: "Bu günə Milli Şura adlı qurum müxalifət fəzasının bir hissəsidir. Əsasən AXCP-nin dominantlığı altındadır. Müstəsnalıq sindromundan qurtulmayan heç kəs siyasi uğura çata bilməz. Cəmiyyət şəraitin dəyişməsində maraqlıdır, ayı-ayrı şəxslərin uduşunda deyil. Təəssüf ki, bəziləri siyasi blefdən imtina edə bilmirlər. Vəziyyət ciddi və real şəkildə dəyərləndirilməlidir. Müxalifətin müzakirə apara biləcəyi masa yaradılmalı, lazım gəlsə dairələr üzrə vahid namizəd müəyyən etmək üçün ilkin seçkilər keçirilməlidir".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24