Nazir Elşad İskəndərovu İstanbula göndərdi - Eks komitə sədrinin hansı vəzifəyə təyinat aldığı məlum oldu
08:31 10-06-2014
CƏMİYYƏT
Nazir Elşad İskəndərovu İstanbula göndərdi - Eks komitə sədrinin hansı vəzifəyə təyinat aldığı məlum oldu
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Elşad İskəndərovun yeni vəzifəsi məlum oldu. XİN-dən verilən məlumata görə, Elşad İskəndərov yeni vəzifəsinə təxminən bir ay öncə - 7 may 2014-cü il tarixində təyin olunub. Onun XİN-in beynəlxalq təşkilatlarla iş sahəsində İdarə rəisi vəzifəsinə təyin alaraq diplomatik xidmətə qayıtdığı bildirilib.
Həmçinin Elşad İskəndərov mayın 6-da İslam Konfransı Gənclər Forumunun baş katibi təyin olunması ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarovun əmri ilə iyun ayından etibarən bu beynəlxalq təşkilatda diplomatik xidmətini davam etdirmək üçün İstanbula ezam oilunub.
Elşad İskəndərov 2007-2012-ci illərdə də Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) baş katibi olmuşdu. Azərbaycan Prezidenti İlham Əliyevin 5 mart 2009-ci il tarixli sərəncamı ilə ona fövqaladə və səlahiyyətli səfir diplomatik ranqı verilib. E.İskəndərov 2012-2014 cü illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olduğu dövrdə Forumun baş katibi vəzifəsinin icrasını dayandırmışdı.
Qeyd edək ki, İƏT-nin 57 üzv ölkəsindən 41-nin təmsil olunduğu Forum beynəlxalq təşkilat statusunda fəaliyyət göstərir. Qurumun Baş Qərargahı Türkiyədə, Avrasiya Regional Mərkəzi isə Azərbaycanda diplomatik təsisat kimi akkreditasiyadan keçib. İKGF-nin Prezidenti Əli Sarıkaya isə həm də Türkiyə Baş nazirinin müşaviri vəzifəsində çalışır.
Digər Xəbərlər
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04