Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunan xeyriyyə aksiyası keçirilib
Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın təşəbbüsü, İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunan xeyriyyə aksiyası keçirilib.
Uşaqlar üçün bayram şənliyi paytaxtın Mandelştam adına parkında təşkil olunub. Xüsusi olaraq uşaqlar üçün sehrbazlar və rəqs qruplarının iştirakı ilə əyləncəli proqramlar hazırlanıb. Tədbirin iştirakçıları olan balacalar müxtəlif müsabiqələrdə iştirak ediblər. Uşaqların valideynləri də tədbirdə aktiv iştirak edərək balacalarla birlikdə mərasimə rəng qatıblar.
Gənc Stomatoloqlar Assosiasiyası tərəfindən körpəlik vaxtından dişlərin qayğısına qalmaq barədə master-klass göstərilib.
Tədbirin sonunda uşaqlara Heydər Əliyev Fondu və RAGT tərəfindən hədiyyələr, uşaqların valideynlərinə isə "AMOR" jurnalı hədiyyə olunub.
Qeyd edək ki, tədbirin təşkilatçıları olan fəallar arasında Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycan, Yaponiya, Malayziya, Özbəkistan və Çindən olan tələbələri də olub.
Digər Xəbərlər
2025-02-26 22:55:46

2025-02-26 22:36:19

2025-02-26 21:14:26

2025-02-26 20:42:31

2025-02-26 20:15:16

2025-02-26 20:09:06

2025-02-26 18:59:30

2025-02-26 18:57:18

2025-02-26 18:57:03

2025-02-26 18:48:03

2025-02-26 18:47:58

2025-02-26 18:35:21

2025-02-26 18:33:32
.jpg)
2025-02-26 18:31:01

2025-02-26 18:24:13

2025-02-26 18:17:31
2025-02-26 18:06:04
.png)
2025-02-26 18:00:47

2025-02-26 17:44:04
