Qurtuluş günündə böyük əfv ola bilər
08:32 11-06-2014
CƏMİYYƏT
Qurtuluş günündə böyük əfv ola bilər
Məlum olduğu kimi, 15 iyun - Qurtuluş günü ilə bağlı əfv fərmanı və ya sərəncamının veriləcəyilə ilə bağlı müxtəlif dairələrdə fikirlər səslənməkdədir.
Xüsusən də Qərbin Azərbaycan hakimiyyətinə qarşı tutduğu mövqedən sonra növbəti əfv fərmanının imzalanması gözləniləndir. Əslində, Qurtuluş Günündə Prezident İlham Əliyevin belə bir humanist addım atacağı inandırıcı görünür. Çünki ölkə başçısı Konstitusiya ilə ona verilən bu müstəsna hüquqdan mütəmadi olaraq istifadə edir və insanları sevindirir. Bu mənada, 15 iyunda əvfin olacağı inandırıcıdır.
Hüquq müdafiəçsi Novella Cəfəroğlu KİV-də növbəti əfv sərəncamının veriləcəyi ilə bağlı səslənən məlumatları şərh edərkən bu dəfə də əfvin olacağını düşündüyünü deyib. Onun sözlərinə görə, "15 iyun - Qurtuluş günü ilə bağlı əfv fərmanı və ya sərəncamının veriləcəyilə bağlı bizə heç bir məlumat daxil olmayıb. Amma yenə də ümidlidirlər. "Amma mən çox istərdim ki, əfv fərmanı imzalansın. Çünki, prezident İlham Əliyev Avropa Şurasının yay ssesiyasında çıxış edəcək. İstərdik həmin çıxışdan qabaq əfv fərmanı imzalasın ki, orada Azərbaycana hər hansı tənqid ünvanlanmasın" - deyə N. Cəfəroğlu bildirib. Hüquq müdafiəçisi vurğulayıb ki, Avropa Şurasında hər hansı tənqidə məruz qalmamaq üçün, əfv fərmanının imzalanmasını çox istəyir.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı da Prezident İlham Əliyevin növbəti humanist addım atacağına ümid edir. Onun sözlərinə görə, hazırda həbsdə olan bir çox insanın azadlığa çıxmasını istəyir: "BAXCP hər zaman ölkə başçısının humanist addımlarını dəstəkləyib. Bəzi beynəlxalq təşkilatların iddia etdiyi şəxslərin azad edilməsi Azərbaycan dövlətinin imicinə təsir edən faktordur. Bütün hallarda bu cür təşkilatlara bəhanə vermək lazım deyil. Hamı bilir ki, onlar Azərbaycanı sevmir və bunlardan istifadə edib hakimiyyətə təzyiqlər edir. İyun ayında yenidən əfv olunmasının gözlətilərinə gəldikəd isə, sözün acığı az ümidliyəm. Ona görə ki, prezident İlham Əliyev bir ay bundan qabaq əfv imza atıb. Ancaq əfv prezidentin səlahiyyətlərinə aid olan məsələdir. İstədiyi vaxt əfv fərmanı verə bilər. Bütün hallarda ümidlə gözləməyə dəyər".
Müsahibimiz müxalifət partiyalarının, xüsusən də Azərbaycan Xalq Cəbhəsi Partiyasının ölkə başçısının bu humanist addımına qarşı qara piar aparmasına qarşı çıxıb. Onun sözlərinə görə, AXCP rəhbərliyi, xüsusən də sədr Əli Kərimli öncə öz əməllərinə baxsın: "AXCP yaxşı olar ki, əvvəlcə düşünsün ki, həbsə göndərilən gənclərin əsas günahkarlarından bir də məhz Əli Kərimlidir. Bu gənclər məhz Əli Kərimlinin radikal siyasətinin qurbanı olublar. Öz şəxsi ambissiyalarına görə və bu gənclərin xaos yaratmaq niyyəti ilə ölkədə inqilab edib hakmiyyətə gəlmək istəyən Əli Kərimli olub. Yaxşı olar ki, Əli Kərimli fikirləşsin ki, 1 ildir bu NİDA-çılar həbsxanadadır və bu 1 ildə niyə bir dəfə də olsun, o gəncləri ziyarət etməyib?! Heç olmasa, 1 dəfə o gənclərə mənəvi dəstək verə bilməzdin?".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27
2024-12-27 17:42:00
2024-12-27 17:24:07
2024-12-27 17:15:00