Təhsil Nazirliyi: Azərbaycanın regionlarında çalışan orta məktəb müəllimləri üçün də sınaq qiymətləndirmə keçirilə bilər
08:36 11-06-2014
İQTİSADİYYAT
Təhsil Nazirliyi: Azərbaycanın regionlarında çalışan orta məktəb müəllimləri
üçün də sınaq qiymətləndirmə keçirilə bilər
"Növbəti mərhələdə Azərbaycanın regionlarında çalışan orta məktəb müəllimləri üçün də sınaq qiymətləndirmə keçirilə bilər".
Bunu Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu gün Bakıda keçirilən müəllimlərin sınaq qiymətləndirilməsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda ilk dəfə olaraq Bakıda çalışan müəllimlərin sınaq qiymətləndirilməsinə başlanıb: "Sınaq qiymətləndirmənin ilk günündə müəllimlərin 95 faizi iştirak edib. Qiymətləndirilmə 4 gün ərzində (10-13 iyun) aparılacaq. Bu gün rus dili və ədəbiyyat (rus bölməsində), ibtidai sinif, təsviri incəsənət və rəsmxət müəllimlərinin sınaq qiymətləndirilməsi aparılır. İyunun 11-də riyaziyyat, Azərbaycan dili və ədəbiyyat (rus bölməsində Azərbaycan dili daxil olmaqla), iyunun 12-də ingilis dili, informatika, tarix, gənclərin çağırışaqədərki hazırlığı, biologiya, iyunun 13-də isə fizika, kimya, musiqi, fransız dili, fiziki tərbiyə, əmək hazırlığı, alman dili, rus dili (Azərbaycan bölməsində) müəllimlərinin bilikləri sınanacaq. İmtahanların keçirilməsi üçün paytaxtda müəllim sayına uyğun olaraq 30 mərkəz seçilib. Bakı məktəb müəllimlərinin sınaq qiymətləndirilməsində ümumilikdə 357 məktəbin 30 072 müəllim iştirak edəcək".
C.Valehov qeyd edib ki, sınaq qiymətləndirməni attestasiyaya hazırlıq mərhələsi hesab etmək olar: "Ancaq direktorlar heç bir vəchlə müəllimlərin sınaq qiymətləndirməsinin nəticələrindən onlara qarşı sınaq və təhdid məqsədilə istifadə edilə bilməz. Çünki bu, bilavasitə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi prosesdir".
Qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyində olan məktəblərdən 1620 nəfər, Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərindən 592 nəfər, BŞTİ-nin tabeliyində olan tam orta məktəblərdən 27 007 nəfər, BŞTİ-nin tabeliyində olan xüsusi gündüz ümumtəhsil məktəblərindən 815 nəfər, BŞTİ-nin tabeliyində olan axşam qiyabi məktəblərindən 28 nəfər, BŞTİ-nin tabeliyində olan islah əmək düşərgəsindən 10 nəfər müəllimin sınaq qiymətləndirilməsində bilikləri yoxlanılacaq. Beləliklə, 4 gün ərzində Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq. Sınaq qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir. Qiymətləndirilmə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə keçirilir.
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53