Müxalif cəbhədə atəşkəs pozulub
10:34 12-06-2014
CƏMİYYƏT
Müxalif cəbhədə atəşkəs pozulub
Cəmil Həsənli Müsavatla Milli Şuradakıları üz-üzə qoyub
Müxalifət düşərgəsində yeni gərginlik ocağı yaranıb. Gərginliyə səbəbə isə Milli Şuranın sədri Cəmil Həsənli olub. Belə ki, C.Həsənlinin "Ədəbiyyat adamından ictimai mövqe gözləmək lazım deyil", - fikri ikitirəlik yaradıb.
C.Həsənlinin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə və mübahisələrə səbəb olub. Hətta bəzi şəxslər Həsənlinin verdiyi müsahibənin audio yazısını əldə edərək bunu arqument kimi irəli sürürlər. Bu mövqeyinə görə Cəmil Həsənlini ciddi tənqid edənlər də olub. Xüsusilə Müsavat Partiyasının bəzi funksionerləri, Məclis üzvləri, eləcə də fəalları sosial şəbəkələrdə Həsənlinin bu ifadəsinə görə onu ciddi tənqid ediblər.
Müsavat Məclisinin üzvü Alya Yaqublu isə Cəmil Həsənlinin bu fikirlərini sosial şəbəkələrdə ciddi tənqid edib: "Başın sağ olsun, millət. Demişdim axı, Cəmil Həsənli təkzib eləyir, deyib, vaxtından əvvəl kükrəməyin, biabır olarsız. Cəmil bəy və qeyri-hörmətli insanlarımız zorun yanında duran məşhurlarla "tez-tez zəngləşib hal-əhval elədikləri" üçün belələri orda durmaqda davam eləyirlər, çünki görürlər ki, hörmətlərindən və samballarından heç nə əskilmir, əksinə, vaxt ötdükcə uca və müqəddəs zirvələrə yerləşdirilirlər. Əzizim Cəmil bəy, "adi oxucunun anlamadığı" şeylər yazan biri milli təfəkkürə, ictimai rəyə necə təsir edə bilib, bunu da izah eləyin də, lütfən. Mən adi oxuculardanam, burda misal çəkdiyiniz "39-da doğulub, 38-də öldüm" fikrində haqsızlıqlara qarşı barışmaz olmağın hansı şəkildə simvolizə edildiyini başa düşmürəm".
Ancaq AXCP və Milli Şura üzvləri C.Həsənlini müdafiə edirlər. Vəkil Aslan İsmayılov isə Cəmil Həsənlini tənqid edənləri tənqid edərək, Milli Şuranın sədrini dəstəkləyib. A.İsmayılov bəyan edib ki, indiyə qədər ziyalıları tez-tez müdafiə etdiyinə görə dəfələrlə qınanıb, bəzən "dostlar" hakimiyyətə işləməyimi sübut etməyə çalışıblar: "Cəmil müəllimin ünvanına səslənən qərəzli fikirlərə "dost tənqidi vacibdir" deməsi ilə də razılaşmıram. Yazılanları oxudum onlar "dost tənqidi" deyil, "imkan düşüb, buna da yerini göstərək" deməkdir. Bunlar söyür, bizlər isə susuruq".
Müsavat Partiyasına xüsusi yaxınlığı ilə seçilən, amma hazırda REAL-da təmsil olunan Azər Mehtiyev bildirib ki, əgər haqsızlıq varsa, dostu müdafiə etmək lazımdır: "İctimai-siyasi xadimlərin ictimai qınağa tuş gələn dostlarını müdafiəsi zamanı müdafiə əsaslandırılmış yanaşma tələb edir. Bu, müdafiə edilənin ictimai-siyasi statusunun şişirdilməsi hesabına olmamalıdır. Böyük yazıçı, şair və ya ictimai xadim olmaq üçün çoxlu kitab yazmaq şərt deyil".
Göründüyü kimi, müxalif düşərgə yenə üz-üzə gəlib. Hələlik bu qarşıdurma sosial şəbəkələr müstəvisində gedir. Ancaq görünən odur ki, yaxın günlərdə Milli Şura və digər cəbhədə olan müxalifət qüvvələri arasında gərginlik artacaq. Qarşıdan gələn seçkilərdə vahid mövqedən çıxış etmək istəməyən müxaliflər bundan istifadə edərək qarşıdurmanı daha da dərinləşdirəcəklər.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27
2024-12-27 17:42:00
2024-12-27 17:24:07
2024-12-27 17:15:00