ABŞ-in Dağlıq Qarabağ siyasəti
15:20 14-06-2014
İQTİSADİYYAT
ABŞ-in Dağlıq Qarabağ siyasəti
Vəfa Quluzadə : "Bir şey də var ki, Qərb artıq Rusiyaya qarşı sərt addımlara başlayıb. Qərb maraqlıdır ki, Putin hökuməti Cənubi Qafqazı işğal etməsin".
Son bir aydır ki, atəşkəs sistemli şəkildə pozulur. Təkcə bir məlumata baxıb durumun nə yerdə olduğunu bilmək olar. Belə ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 27 dəfə pozulub.
Bu barədə Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. Məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini atəşə tutublar.Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrin mövqeləri atəşə tutulub.Atəşkəsin sistemli şəkildə pozulması isə belə rəy yaradır ki, dondurulmuş bu münaqişə aktivləşdirilir və müharibə artıq qaçılmazdır. Görünür bu səbəbdən də ABŞ analitikləri Amerikanı Dağlıq Qarabağ probleminə bir başa müdaxilə etməyə çağırırlar. "Unikal"a açıqlama verən politoloq Vəfa Quluzadə bildirmişdi ki, Avropa və ABŞ Azərbaycanda aktivləşməklə regionda güclərini artıra bilərlər. Onun fikrincə Rusiya Dağlıq Qarabağ problemini süni şəkildə davam etdirmək istəyir və bu müəyyən qədər zaman aparacaq:" Qeyd edim ki, indi hadisələrə Qərbin marağı artıb. O zamanlar Qərb Rusiyaya indiki kimi "girişmirdi". Məsələn, 1994-cü ildə ATƏT-in Budapeşt sammitində Rusiya işğal altında olan ərazilərə sülhməramlılar göndərmək üçün mandat tələb etdi. Ancaq buna nə biz razı idik, nə qə Qərb razı olmadı. Sonra biz razılığa gəldik ki, sülh bağlandıqdan sonra regiona çoxtərəfli sülhməramlıların gəlməsinə razıyıq. Bu şərtlə ki, rus əsgərləri bu orduda 30 faizdən çox olmasın. 1998-ci ildə isə Amerika, Rusiya, Fransa prezidentləri Amerikanın Denver şəhərində bəyanat verdilər ki, gələn il Qarabağ məsələsi həll olunacaq. Ancaq həll olunmadı. İndi də eyni proses gedir. Bir şey də var ki, Qərb artıq Rusiyaya qarşı sərt addımlara başlayıb. Qərb maraqlıdır ki, Putin hökuməti Cənubi Qafqazı işğal etməsin. O cümlədən buna görə onlar Ermənistana da təzyiqlər edirlər. Mən inanmıram ki, Qarabağ münaqişəsinin həllinə Rusiya tezliklə şərait yaratsın. Putin hökumətinin münaqişənin həllinə səy göstərməsi üçün Rusiyanın əleyhinə ciddi sanksiyalar qəbul edilməlidir. NATO bu ölkənin ətrafında öz qüvvələrini artırmalıdır. Rusiya iflasa uğrayana qədər sıxışdırılmasa, Qarabağ münaqişəsinin həllinə razılıq verməyəcək. Hazırda Rusiyanın başı Cənubi Qafqazı adıçəkilən layihəyə sürükləməyə qarışıb. Ona görə də Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Bəzi politoloqların sözlərinə görə, Rusiya Azərbaycana deyəcək ki, Qarabağın azad edilməsinə yardım edim, sonra qatılın Gömrük İttifaqına. Ancaq mən hesab edirəm ki, bu hal baş verməyəcək. Rusiya deyəcək ki, gəl qoşul layihəyə, müstəqilliyini bizə ver, sonra torpaqlarınızı azad edim. Ancaq məlumdur ki, Azərbaycan da bununla razılaşmayacaq. Bu baxımdan münaqişənin həll edilməsini yaxın zamana mümkünsüz hesab edirəm".Görünür amerikalı analitiklərdə bu fikirdədirlər və Ağ Evi aktivliyə çağırırlar. Belə ki, ABŞ-ın Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz araşdırmaları İnstitutunun direktoru Svante Kornell "The Christian Science Monitor" qəzetində prezident Barak Obamanı "Putini müdafiə mövqeyinə keçməyə məcbur etmək üçün" Qarabağ münaqişəsinin nizamlanması prosesinə birbaşa müdaxilə etməyə çağırıb.Svante Kornel məqaləsində ötən ay atəşkəsin əldə olunmasının 20 illiyinin tamam olduğunu xatırladır.
"Lakin bu heç də bayram etməyə əsas vermir. Münaqişə nizamlanmamış qalır, üstəlik Krım böhranından sonra ABŞ-ın maraqları üçün heç vaxt olmayan qədər daha təhlükəli və daha aktual olub" - deyə müəllif yazır.
S.Kornell qeyd edir ki, əgər Krım "dondurulmuş münaqişələrdən" ən sonuncusu sayılırsa, əksinə, Dağlıq Qarabağ postsovet məkanında bütün ərazi mübahisələri içərisində ən birincisidir. Lakin Krımda olduğu kimi Qarabağ münaqişəsi də heç vaxt bu bölgədə yaşayan əhali ilə məhdudlaşmayıb.Münaqişədə həmişə üçüncü tərəf - Moskva iştirak edib və ilk gündən münaqişənin nəticəsinin müəyyən edilməsində mühüm rol oynayıb."Bu günə qədər də Rusiyanın siyasəti iki ölkə arasında idarəolunan qeyri-sabitliyin dəstəklənməsindən ibarətdir. O, münaqişədən Ermənistan üzərində nəzarəti möhkəmləndirmək və qərbmeylli Azərbaycanı zəiflətmək üçün istifadə edir" - deyə S.Kornell yazır.Müəllifin qənaətinə görə, münaqişəni "dondurulmuş" adlandırmaq səhvdir Hər il müharibə riski artır. Bu müharibə təsadüfən və ya qəsdən başlaya bilər.S.Kornell münaqişənin nizamlanması üçün yaradılan Minsk Qrupunda ABŞ, Fransa və Rusiyanın həmsədr olduğunu xatırladır. Onun fikrincə, bu formatda məqsəd ondan ibarət idi ki, Moskvaya prosesi kənardan pozmağa imkan yaratmaqdansa onu prosesə cəlb edib hərəkətlərini izləmək daha yaxşıdır.Ancaq ekspertin fikrincə, Vaşinqton yanaşmanı dəyişməlidir: "Əgər ABŞ Putinə müqavimət göstərmək istəyirsə, belə fəaliyyətsizlik işə yaramayacaq. Məlum səbəblərdən administrasiya Ukrayna məsələsinə və Rusiyaya qarşı sanksiyalara köklənib. Lakin gələcəkdə ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına birbaşa müdaxiləsi təkcə Amerikanın maraqlarının müdafiəsi baxımından mühüm addım olmayacaq, eyni zamanda Putini müdafiəyə keçməyə məcbur edəcək".S.Kornell hesab edir ki, bu, asan olmayacaq, lakin Obama bu işi bacarmasa, Amerika zəif görünəcək və bu da ancaq Putinin işinə yarayacaq.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17