Elxan Süleymanov: "İşğal nəticəsində Azərbaycana dəyən ziyanla bağlı dünya ictimaiyyətinin məlumatlandırılması prosesi davam edir"
15:46 14-06-2014
CƏMİYYƏT
Elxan Süleymanov: "İşğal nəticəsində
Azərbaycana dəyən ziyanla bağlı dünya ictimaiyyətinin
məlumatlandırılması prosesi davam edir"
"Dünyaya Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən ziyanla bağlı nə qədər çox məlumat ötürülsə, o qədər faydalı olar".
Bunu açıqlamasında Avrasiya Qiymətləndiricilər Assosiasiyasının Belçikada keçirilən konqresində Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəyən maddi və mənəvi zərər barədə müzakirələrə münasibət bildirən millət vəkili Elxan Süleymanov deyib. O bildirib ki, iki il əvvəl onun həmmüəllifliyi ilə nəşr olunmuş "Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri" adlı kitab tərcümə edilərək Vaşinqtonda, Sankt-Peterburqda, Parisdə, Kiyevdə ingilis, rus, fransız, Ukrayna dillərində çıxıb. Kitab ərəb dilində də işıq üzü görüb. Hal-hazırda əsərin polyak və italyan dillərində, Polşada və İtaliyada çapına hazırlıq gedir:
"Əslində dünya ictimaiyyətinin Azərbaycana dəyən ziyanla bağlı məlumatlandırılması prosesi iki ildən çoxdur davam edir. Artıq bu kitaba reaksiyalar da var. Kitabın ABŞ nəşrinə keçmiş konqresmen Solomon Ortizin yazdığı "Ön söz"dəki aşağıdakı cümlələr "Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri"nə münasibəti əsasən ifadə edir: "...Bu kitab özündə erməni təcavüzü, dəymiş zərər və törədilmiş ağlasığmaz vəhşiliklər haqqındakı ətraflı dəlilləri bir yerdə cəmləşdirən əsaslı bir işdir. Burada həmçinin, müharibə vaxtından müasir dövrümüzə qədər erməni təcavüzü nəticəsində vurulmuş zərərdən də bəhs olunur. Bir cilddə beynəlxalq və qanuni fəaliyyət üçün nəzərdə tutulan bu kitab, törədilən vəhşiliklər və dəymiş zərər haqqındakı ətraflı sənədləri ilə insanlığa xidmət edir..." Qeyd edim ki, kitabın məsləhətçiləri sırasında çox tanınmış Avropa xadimləri var. Mən xüsusilə Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan Pol Murmanın adını qeyd etmək istərdim. İstisna etmirəm ki, Belçikada keçirilən mötəbər tədbir haqqında cənab Murman da məlumatlıdır".
E. Süleymanov bəyan edib ki, Ermənistanın işğalı nəticəsində 2011-ci ilin əvvəllərinə olan məlumatlara əsasən Azərbaycana dəymiş maddi zərərin məbləğinin 431 milyard dollardan çoxdur: "Təbii ki, ötən hər gün bu rəqəm artır. Özü də böyük sürətlə".
Digər Xəbərlər
2024-12-29 16:09:22
2024-12-29 15:55:33
2024-12-29 15:16:00
2024-12-29 15:07:07
2024-12-29 15:06:00
2024-12-29 14:56:27
2024-12-29 14:55:20
2024-12-29 14:38:32
2024-12-29 14:14:05
2024-12-29 14:02:44
2024-12-29 13:54:29
2024-12-29 13:52:10
2024-12-29 13:08:08
2024-12-29 12:58:14
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00