Arif Əsgərov istefaya göndərilmək astanasındadır
10:27 18-06-2014
İQTİSADİYYAT
Arif Əsgərov istefaya göndərilmək astanasındadır
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədrinin özbaşına qərarı onun vəzifə ömrünü bitirir
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (QSC) ölkədən kənar səfərlər üçün gedişhaqlarını qaldıracaq. Bu barədə adıçəkilən qurumdan məlumat verilib. Bildirilib ki, qiymət artımı daha çox ölkəxarici səfərlərə şamil ediləcək. Belə ki, biletlərin qiymətləri iyun ayından avqusta kimi bahalaşacaq.
Bunu bilet satış kassalarında çalışanlar da təsdiq ediblər. Belə ki, Bakı- Çelyabinsk reysi üzrə qiymətlər aylar öncə 117 manat idisə, hazırda gedişhaqları 150 manata qaldırılıb. Eləcə də Bakı-Tümen, Bakı-Rastov, Bakı-Yekaterinqburq səfərlərində də qiymət artımı müşahidə edilir. Bundan əlavə, qiymətlərin bahalaşması ilə əlaqədar Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti biletlərin əvvələcədən satışına da müəyyən qadağalar qoyub. İndi səfər üçün yalnız 10 gün müddətinədək bilet almaq olar. Bundan öncə isə səfərə çıxmaq üçün biletləri bir neçə ay əvvəlcədən almaq mümkün idi(azvision)."Unikal"ın əldə etdiyi məlumata görə, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun qərarı ilə gerçəkləşən bu addım ciddi narazılığa səbəbə olub. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, bu qiymət artımı Arif Əsgərovun özfəaliyyət qərarı olduğundan ona baha başa gələcək: "Bildiyiniz kimi, Azərbaycan qanunverciliyinə görə, ölkədə qiymət siyasətini Tarif Şurası müəyyənləşdirir. Yəni, hər hansı bir dövlət qurumunun göstərdiyi xidmətə görə aldığı vəsait əvvəlcədən müəyyələşir. Əgər Tarif Şurası qiymət artımı ilə bağlı qərar verməyibsə, hansısa dövlət qurumunun qiymət artırmağa ixtiyarı yoxdur. Ancaq Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov bütün deyilənləri nəzərə almayıb gediş haqlarını qaldırıb. Halbuki bunun üçün öncə Tarif Şurasına müraciət etməli. Razılıq verilərsə, gediş haqqını qaldıra bilərdi".
Müsahibimiz onu da deyib ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov bu addımı ilə sərnişinlərin ciddi narazılığına səbəb olub. Bu da Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri barədə yaranan mənfi münasibət daha da kəskinləşib. Hətta bu özbaşınalığına görə, Arif Əsgərovun istefaya göndərilməsi də sürətlənə bilər. Çünki son dövrlər A.Əsgərovla bağlı mənfi bir rəy yaranıb və onun qısa müddətdə "vurulacağı" söylənilir. Yəqin ki, onun bu özbaşına qərarı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri postunu tezliklə itirməsi ilə nəticələnəcək.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53