Türkiyədə ki, seçimin Azərbaycana təsiri
10:42 18-06-2014
CƏMİYYƏT
Türkiyədə ki, seçimin Azərbaycana təsiri
Natiq Miri:" Ekmeleddin İhsanoğlunun seçilməsi Azərbaycanın maraqlarına cavab verəcək"
Türkiyədə siyasi düzən kökündən belə dəyişə bilər. Bildiyiniz kimi Türkiyədə konstitusiya dəyişikliyindən sonra əsas söz sahibi prezident olacaq və prezident seçkilərinə az vaxt qalıb. Hakimiyyət və müxalifət isə uzun müddət idi ki, prezidentliyə namizəd axtarırdılar və müxalifət vahid namizədlə çıxış etməyə müvəffəq oldu.
Belə ki, CHP və MHP prezidentliyə vahid naməzd kimi ciddi avtoritetə sahib olan, İslam dünyasında xarizmatik sima kimi tanınan Ekmeleddin İhsanoğlunu göstərdilər. Hakimiyyət adayı kimi isə hələ ki, baş nazir Rəcəb Tayyib Ərdoğan və hazırkı prezident Abdulla Gül göstərilir. Maraqlıdır bəs Türkiyə xalqı kimə səs verəcək və namizədlərdən kimlər Azərbaycan üçün daha əlverişli olacaq? Öncəliklə başlayaq Rəcəb Tayyib Ərdoğandan. Hazırkı baş nazir Ərdoğanla Azərbaycan hakimiyyətiylə münasibətləri hər zaman yaxşı olub və demək olar ki, zaman-zaman tərəflər bir-birilərinə siyasi dəstək belə veriblər. Yalnız bir dəfə Ərdoğan hakimiyyəti Azərbaycan hakimiyyətinin maraqlarına uyğun olmayan addım atmağa yaxın olmuşdu və bunun qarşısı alındı. Söhbət Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsindən gedir. Ərdoğanın Türkiyədə ki, hazırkı mövqeyinə gəldikdə isə həm müsbət , həm də mənfi çalarlar kifayət qədər çoxdur. Müsbət məqamlar nədən ibarətdir?
1. Türkiyə xalqı hesab edir ki, Ərdoğan Türkiyəni hansısa dövlətin yedəkçiliyindən xilas etdi
2. Ərdoğan Türkiyədə dini qadağaları aradan qaldırdı
3. O, Türkiyə iqtisadiyyatını inkişaf etdirdi
4. Türkiyədə təhsilin, səhiyyənin səviyyəsi məhz Ərdoğanın sayəsində dirçəldi
5. Separatizmə meyilli qüvvələri müəyyən qədər loyallaşdıra bildi
Mənfi məqamlar isə bunlardır
1. Suriya məsələsində tam fiaskoya uğramaq
2. İraqla Kərkük və Mosul türklərinin bu gündə qətlə yetirilməsinə Türkiyə hökümətinin susması
3. Ərdoğanın PKK planının sona çatmaması və uğursuzluğa yaxınlaşması
4. Ərdoğanın avtoritarizmə meyillənməsi
Məhz bu faktorlar Ərdoğan hakimiyyətini zəiflədir və prezident seçkilərində müxalifətin namizədi daha çox üstünlüklərə sahiblənə bilər. "Unikal"a açıqlama verən politoloq Natiq Miridə bu fikirdədir : " Bunu qeyd edim ki, son illər AKP hakimiyyəti istər qlobal dünya üçün, istərsədə Türkiyə cəmiyyəti üçün doymuş məhlula çevrilmişdi və bu səbəbdən də Türkiyə günü-gündən geriliyə gedirdi. AKP hakimiyyəti isə ona görə özünü qoruyub saxlaya bilirdi ki, müxalifət bir araya gələ bilmirdi. İndi isə vəziyyət dəyişib. Bundan başqa müxalifətin hazırkı prezidentliyə namizədi həm İslam dünyası tərəfindən, həmdə Avropa tərəfindən qəbul olunan bir şəxsiyyətdir. Həmçinin Türkiyənin daxili siyasi elitasında da ciddi nüfuz sahibidir. Ancaq onun sadəcə cəmiyyət arasında nüfuzu o qədərdə yüksək deyil. Müxalifət isə onun İslam kəsiminə yaxın olmasını da nəzərə alaraq belə addım atıb və güman edirəm ki, bu seçkilər AKP hakimiyyəti üçün çox ağır keçəcək və yeni prezident görmək şansı yaranacaq. Bunu da sonda xatırladım ki, artıq Türkiyənin müttəfiqləri olan ABŞ və NATO-da AKP hakimiyyətini görməkdə maraqlı deyillər".
Amma bunlarla yanaşı müxalifətin prezidentliyə namizədi Ekmeleddin İhsanoğlunun müəyyən problemləri olacaq. Bunlar nədən ibarətdir? İlk növbədə bu problemlər MHP və CHP-in problemi olacaq. Belə ki, MHP Türkiyədə millətçi bir partiyadır hər zaman CHP-yə həmçinin dindarlara qarşı sərt mövqeyi ilə tanınıblar. İndi isə CHP ilə bir bloka girir və sözsüz ki, bu heç də sıravi millətçilərin maraqlarına cavab verməyəcək. Həmçinin CHP üzvləri hər zaman Ekmeleddin İhsanoğluna qarşı bir qısqanclıqla yanaşıblar və indi inanmaq olmaz ki, sıravi CHP üzvləri bu adamın prezident seçilməsi üçün əllərindən gələni etsinlər. Bu arada bəzi mütəxəssislər hesab edir ki, Ekmeleddin İhsanoğlunun taleyi hardasa Azərbaycan müxalifətinin prezident seçkilərində vahid namizədi olmuş Cəmil Həsənlinin taleyinə oxşayacaq. Həmən vaxtda AXCP və Müsavat öz partiyalarından olmayan bir ziyalının üzərində dayandılar. Amma aydın oldun ki, seçki zamanı heç də AXCP-in və Müsavatın sıravi üzvləri ona dəstək vermək niyyətində deyillər və seçkilərdə biabırçı durum yarandı, hətta müxalifətin özü tam olaraq Cəmil Həsənliyə səs vermədilər. Bununla yanaşı AXCP və Müsavatdan kifayət qədər istefalar oldu. Qeyd edək ki, Türkiyədə partiyalar ideologiyaya daha çox bağlı olduqlarından İslam alimi kimi tanınan prezidentliyə namizədə çətin səs versinlər. Bununla yanaşı AKP bütün gücünü səfərbər edərək MHP və CHP-də ciddi parçalanmalar yarada biləcəklər. Bu arada ekspertlər hesab edir ki, hazırkı prezident Abdullah Güldə namizəd olarsa ciddi səs toplaya bilər. Çünki cəmiyyətin bütün təbəqələri ona loyal insan kimi yanaşır və onun adı AKP-in aparıcı şəxslərindən fərqli olaraq heç zaman korrupsiya hallarında hallanmayıb. Hətta belə ehtimal var ki, Fətullah Gülən camahatıda seçkilərdə hansısa şərtlərlə ona dəstək verə bilər.Amma politoloq Natiq Miri "Unikal"a bildirir ki, hazırkı vəziyyətdə Ekmeleddin İhsanoğlunun seçilməsi həm də Azərbaycanın maraqlarına cavab verəcək:" Ərdoğan hakimiyyəti öz siyasəti naminə Azərbaycanı doğru olmayan proseslərə belə cəlb etdirmək istəyirlər. Çünki Ərdoğan hakimiyyəti avtoritarizmə meyilləndikcə qərbdən üz döndərir və buda region ölkələrinə təsirini verir.Buna görə də AKP hakimiyyəti ilə vidalaşmağın zamanı çatıb". Bunu da xatırladaq ki, prezidentliyə namizəd olan Ekmeleddin İhsanoğlu Azərbaycana çox isti münasibətləri var və onun seçilməsi iki ölkə münasibətlərini daha da dərinləşdirə bilər.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54