CIA-nın İŞİD-i İraqa yeritməsi planı
11:32 19-06-2014
İQTİSADİYYAT
CIA-nın İŞİD-i İraqa yeritməsi planı
Bu ölkədə vəziyyətin gərginləşməsini görən Vaşinqton Bəşər Əsədi açıq şəkildə dəstəkləməyə başladı
Muxtar "Şimali İraq Kürd Dövləti"nin xarici işlər naziri Fələh Mustafa Bakir "Kyodo"ya müsahibəsində bildirib ki, "Kürdüstan" İŞİD-in İraqda başlatdığı üsyanın yatırılması əməliyyatlarında iştirak etməyəcək. Bakirin sözlərinə görə, Ərbilin əsas məqsədi "Kürdüstan"ın ərazi bütövlüyünü qorumaqdır (olaylar.az).
Əslində isə Mustafa Bakirin açıqlamasında bir sıra maraqlı amillər yer alıb. Mosulu, Kərkük və Tiqrit şəhərlərini ələ keçirdikdən sonra İŞİD-in məqsədi paytaxt Bağdadı ələ keçirməkdir. Qurum indiki məqamda Bəşər Əsədi devirməkdən çox Rojavaya, yəni ki, Qərbi Kürdüstan bölgəsini nəzarətə almaqla Mosuldan keçməklə Bağdada uzanan yolda möhkəmlənməkdir. Bununla Qərbi Kürdüstandan Cənubi Kürdüstanda nəzarət altında alınır və Bağdada gedən yollar açıqlır. Bölgədə artıq bir sıra üstünlüklər əldə etmiş sələfilər Bağdada sarı irəliləməyə başlayıblar. Hədəf Maliki hökuməti və ətrafındakı şiə qruplaşmalarını dağıtmaqla hakimiyyəti ələ keçirməkdir. Məqsəd Suriya, Livan və İraq ərazisində "Sələfi İslam Dövləti" yaratmaqdır. Bağdaddan sonra İŞİD-in Şimali İraqa doğru hücum edəcəyi iddia edilir. Kürdlər açıq təhlükəni hiss edərək artıq özlərini sığortalamaq planlarının icrasına start veriblər.
Mustafa Bakirin verdiyi açıqlama da buna hesablanıb. Məsud Bərzani yumşaq danışğı ilə dolayı yolla İŞİD-lə yaxınlıq etmək niyyətində olduğunu başa salmaq istəyir. İŞİD-in Rojavada (Suriya) həyata keçirdiyi kürd qətliamları Ərbil tərəfindən xəbərdarlıq mesajı kimi qəbul edilir. Rojava əməliyyatları növbəti hədəfin Şimali İraq olduğunu göstərir. PYD, PKK və Ərbilin aralarındakı konflikti aradan qaldırıb əməkdaşlıq etmək qərarı bu mənada başadüşüləndir. Digər tərəfdən İŞİD kürdləri hədəf almaya da bilər. Prinsip etibarilə kürdlərin sünni olması onu narazı salmır. Həm də İraqda şiə klanını hakimiyyətdən götürməyə çalışan İŞİD-ə Ərbilə hücum etmək əlavə problemlər yaradacaq. Bir tərəfdən də qurumda çoxlu sayda kürdlərin olduğu deyilir. İŞİD Rojavada kürdlərə qarşı keçirdiyi əməliyyatlarda kifayət qədər itkilər verdi. Növbəti Ərbil hücumunda isə bu daha ağır nəticələrə yol aça bilər. Şimali İraq kürdlərini qızışdırmaqla özü üçün yeni müharibə cəbhəsi açacaq ki, ABŞ ordusunun İraq yeridiyi bir vaxtda bu, İŞİD-in maraqlarına uyğun deyil. Kürdlərin Şimali İraqda döyüşə hazır vəziyyətə gətirilmiş 30 000 aktiv əsgəri qüvvəsi var. Əslində İŞİD-lə Ərbilin dil tapması ABŞ-ın maraqlarına uyğundur. Regiondakı əsas rəqibi Türkiyəyə qarşı kürdlər həmişə oynadığı əsas "kart"dır. ABŞ heç vaxt İŞİD kimi geosiyasi məqsədləri üçün istifadə etdiyi kürdləri təhlükəli təşkilatla üz-üzə qoyub zəif salmayacaqdı.
İran-ABŞ əməkdaşlığı
İŞİD indiki məqamda ələ keçirdiyi bölgələrin daha çox neft və təbii qazla zəngin olmasına fikir verir. Regionda strukturlaşmaq üçün bu vacib addımdır. Çünki o ətrafındakı qüvvələrin hamısını əlində olan külli miqdarda pul vasitələrilə toplayıb. Mosul və Kərkük də İraq üçün olduqca strateji əhəmiyyətə malik bölgələrdir. İraq neftinin təxminən 70%-i burada yerləşir. Regionun illik enerji istehsalının həcmi 100 milyard dollardan çoxdur. İŞİD (əslində ABŞ) burada möhkəmlənməklə Yaxın Şərq və dünyanın enerji bazarında söz sahibi ola bilər. Qurumun bu istiqamətdə Cənubi Kürdüstanda möhkəmlənmək cəhdləri regionda tarazlıqları pozacaq. Uzun illər həll edilməyəcək müharibənin başlamasına səbəb olacaq. Siyasi xaosun dərinləşməsinə yol açacaq. İŞİD burada qalıcı qüvvəyə çevrilə bilməsə də vəziyyəti gərginlikdə saxlamağı bacaran güc kimi varlığını qoruya bilər. İŞİD-lə sünnilərin regionda təhlükəyə çevrildiyini görən ABŞ İranı əməkdaşlığa çağırdı. Vaşinqton sünnilərin qarşısını almaq üçün İranın regionda söz sahibi olmasını qəbul edə bilər. İraqda vəziyyətin gərginləşməsini görən ABŞ Bəşər Əsədi açıq şəkildə dəstəkləməyə başlayıb.
Rusiyanı vurmaq
üçün vasitə
İŞİD-in fikir dəyişdirərək prosesləri Suriyadan İraqa keçirməsinin bir sıra məqamları var. Məsələn, ABŞ və İngiltərənin Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı üzərindən İŞİD və "əl-Nüsrə Cəbhəsi"nə etdiyi yardımları dayandırması Suriya müxlifətinin bölünməsinə səbəb oldu. Radikal islam qruplaşmalarının parçalanması İsrail və Bəşər Əsəd üçün xüsusi əhəmiyyət kəsb edirdi. "əl-Qaidə"yə bağlı olan İŞİD və "əl-Nüsrə"nin biri-birinə qarşı çevrilməsi CIA tərəfindən hazırlanmış planın bir hissəsi idi. İŞİD-in Suriyadan çıxarılması da eyni qəbildəndir. Radikal İslam qruplaşmalarının parçalanması İsrail və Bəşər Əsədi biri-birinə yaxınlaşdırdı. Əsəd rejimi terror təşkilatlarına qarşı sistemli hücuma keçmək şansı əldə etdi. İsrail isə gələcəkdə özünə qarşı çevriləcək radikal İslam qruplaşmalarının hücumundan sığortalandı. Xüsusilə Krım tatarları və çeçenlərin Suriyaya axışdığını görən Rusiya da İŞİD və "əl-Nüsrə" kimi terror təşkilatlarının məhv edilməsində maraqlıdır. ABŞ-a isə bölgədə mövqeyini gücləndirmək və regionda "şiə ayparası" yaratmaqda maraqlı görünməklə İranla əməkdaşlığı möhkəmləndirmək üçün İŞİD hələ uzun müddət lazım olacaq. Mosulun ələ keçirməsindən sonra yaranan maraqlı mənzərə bundan ibarətdir: Suriya məsələsində İran-Rusiya, İraqda isə ABŞ-İran əməkdaşlığı. Digər tərəfdən İŞİD-in Suriyadan çıxmasına nail olan ABŞ bu ölkədə yaranmış qarışıq mənzərəni bir qədər sadələşdirdi. Bundan sonra İran və Suriyanın şiə hakimiyyətlərinin rəğbətini qazanmağa çalışacaq Vaşinqton Rusiya qarşısında əhəmiyyətli dvidentlər əldə edə bilər. Qərbyönlü Poroşenkonun Ukraynada hakimiyyətə gəlməsilə Şərqi Avropada bir qədər sakitləşən ABŞ-ın yenidən Orta Şərqdə siyasi çəkisini ağırlaşdırması bu mənada başadüşüləndir. Yəni ki, İŞİD sadəcə ABŞ-ın geosiyasi maraqları müstəvisində istifadə etdiyi vasitədən başqa heç nə deyil.
İŞİD İordaniyada hərbi mərkəz yaratdı
İŞİD qonşu ölkələrdə əməliyyatların aparılması üçün İordaniyada baza yaradıb.
İŞİD İordaniyadan texniki mərkəz kimi istifadə etmək niyyətindədir. Hələ ki, İordaniya Krallığını işğal etmək kimi niyyətləri yoxdur. İŞİD-in sözlərinə görə, İslam xəlifəsi regionunda yaradılacaq olan qruplaşma müəyyən müddətdən sonra ya hərbi müdaxilə ilə, ya da könüllü olaraq İordaniyaya da daxil olacaq.
İŞİD-dən İraqa
böyük zərbə
Bu arada məlum olub ki, İŞİD terror təşkilatı İraqın ən böyük neft mədənini top atəşinə tutub.
Belə ki, İŞİD yaraqlılarıdünən Bəycidəki İraqın ən böyük neft mədənini top atəşinə tutub, avtomatlarla hücum edib.
"İŞİD təhlükəli
cərəyandır"
"Əvvəl Suriyanın, indi isə İraqın altını üstünə çevirən İŞİD silahlı qruplaşmasının etdiyi zorakılıqları heç bir vəclə sünni-şiə davası adlandırmaq olmaz. Bu sadəcə sünni-şiə davası adı altında aparılan başqa əməliyyatdır". Bunu ANS-ə eksküliziv müsahibəsində İranın Azərbaycandakı səfiri Möhsün Pakayi deyib.
Onun sözlərinə görə, İraq bu terrorçu qruplaşma ilə mübarizədə İrandan yardım istəyərsə İran hökuməti bu yardımı etməyə hazırdır. "İran hökuməti İŞİD-in bu hərəkətlərini qətiyyətlə pisləyir. Həmçinin İraq dövləti ilə davamli olaraq əlaqə saxlayariq. Ümumiyyətlə İraq kömək istəsə biz bu köməyi etməyə haziriq. Biz inanırıq ki, İraq hökuməti bu terrorçularla mübarizədə qalib gələcək. Təəsüflər olsun ki, Qərb mətbuatı onların uğurlarını daha da böyütmək istəyir. İŞİD nəinki təkcə Suriya və İraq üçün bütün region üçün təhlükəli bir cərəyandir. Əgər onunla zamanında mübarizə aparılıb. Qarşısı alınmasa onun ideologiyası bütün regiona sirayət edə bilər. Dünya ölkələri İŞİD-lə bağlı yalnız bəyanat verməklə kifayətlənməsinlər. İŞİD-i dəstəkləyənlər, onlara silah göndərənlər bu işdən çəkinməlidirlər", - deyə səfir bildirib.
Ruhanidən İŞİD-ə təhdid
İran İslam Respublikasının prezidenti İraqda baş verənlərlə əlaqədar sərt bəyanat verib. Həsən Ruhani "İraq Şam İslam Dövləti" (İŞİD) terrorçularının İraqın strateji bölgələrini işğal etməsi ilə əlaqədar danışarkən bildirib ki, "İraqda şiələrin hansısa bir müqəddəs ziyarətgahına hücum olarsa, onu qorumaqda tərəddüd etmərik".
Həsən Ruhani ölkəsinin İraqdakı müqəddəs şiə məkanlarını "qatil və terrorçular"dan qorumaq üçün tərəddüd etməyəcəyini söyləyib.
Dövlət başçısı müqəddəs məkanları terrorçulardan qorumaq üçün minlərlə adamın İraqa getməyə hazır olduğunu dilə gətirib.
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton isə ölkəsinin CNN kanalında qatıldığı proqramda maraqlı bir iddia ortaya atdı. O, İraq baş naziri Nuri əl- Malikinin Bağdadda İran xüsusi təyinatlıların komandiri ilə danışıqlar apardığını söylədi.
Klinton Tehranın Suriya prezidenti Bəşər Əsədə verdiyi dəstəyin eynisini Maliki hökumətinə də verə biləcəyini dilə gətirib.
İŞİD silahlıları 40 nəfər Hindistan vətəndaşını
girov götürübdü
İraqda 40 nəfər Hindistan vətəndaşı İŞİD silahlıları tərəfindən girov götürülüb. "The Times of İndia" qəzetinin verdiyi məlumata görə, Mosul yaxınlığında girov götürülən hindistanlı fəhlələrlə əlaqə saxlamaq mümkün olmayıb.
"Cəhdlərimizə baxmayaraq hələ də onlarla əlaqə qura bilməmişik. Buna görə də hər hansı fərziyyə irəli sürə bilmərik", - deyə Hindistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Seyd Əkbəruiddin bildirib.
Hindistanın baş naziri Narendra Modi isə girov götürülmüş şəxslərin azad olunması üçün lazımi addımlar atmağa çağırıb.
İŞİD qüvvələri türkmən qəsəbəsi Tuzhurmatını da ələ keçirdi
İŞİD qruplaşması türkmən qəsəbəsi Tuzhurmatını da ələ keçirib. Səlahəddin şəhərinə bağlı Tuzhurmatının girişindəki üç kənd bir neçə gün davam edən atışmadan sonra tam şəkildə İŞİD-in nəzarətinə keçib.
Əsas döyüşlər əhalisi türkmənlərdən ibarət Çardaxlı, Biravçılı və Karanaz kəndlərində gedib. İŞİD mühüm strateji nöqtələrdə yerləşən bu kəndləri ağır artilleriyadan sürəkli atəşə tutub. Kənd sakinləri İŞİD-ə qarşı iki saatdan artıq müqavimət göstərsələr də, sursatları qurtardığına görə kəndləri tərk etməli olublar. Hücum nəticəsində türkmən kəndlərində ölənlərin olduğu bildirilir. Artıq Tuzhurmatı qəsəbəsinin sakinləri kütləvi şəkildə qəsəbəni tərk etməyə başlayıblar. MHP parlament fraksiyasının rəhbəri Yusuf Halaçoğlu Tuzhurmatının İŞİD-in əlinə keçdiyini təsdiqləyib. O, sosial şəbəkələrdə yaydığı məlumatda İŞİD-in Tuzhurmatıya girdiyini, 150 min türkmənin qəsəbəni tərk edərək daha təhlükəsiz ərazilərə üz tutduğunu vurğulayıb.
Qeyd edək ki, İŞİD bundan əvvəl türkmən şəhəri Telaferi də ələ keçirmiş, burada 5 mindən artıq türkməni qətlə yetirmişdi. Telaferdən qaçan türkmənlər Sancar şəhərində özlərinə sığınacaq tapıblar.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53