Hakimiyyətdaxili qruplaşmalardan Sülhəddin Əkbərə stavka
11:37 19-06-2014
CƏMİYYƏT
Hakimiyyətdaxili qruplaşmalardan Sülhəddin Əkbərə stavka
Bəzi qüvvələr Azad Demokratlar Partiyasını gücləndirmək üçün səxavət kisəsini açaraq yeni planlar cızıblar
Məlum olduğu kimi, Sülhəddin Əkbər Açıq Cəmiyyət Partiyasını buraxandan sonra yeni siyasi təşkilat yaratmaq üçün səylərini artırıb. Azad Demokratlar Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri olan Sülhəddin Əkbər iyulun 6-na qurultay da təyin edib.
Maraqlısı odur ki, S.Əkbər ACP-dən də kimlərisə yeni partiyasına transfer etməyi planlaşdırır. Artıq qurultayda keçmiş Açıq Cəmiyyət Partiyasının (ACP) üzvləri iştirak edəcəyi bəllidir. S.Əkbərin veridyi məlumata görə, qurultaya xüsusi olaraq qonaq dəvət olunmayıb. Çünki qurultay işçi qaydada keçiriləcək, amma tədbir jurnalistlər üçün açıq olacaq. Ədliyyə Nazirliyinə dəvət göndərilib ki, nümayəndələri qurultayda iştirak etsin. Qurultay nümayədələri sırasında keçmiş ACP üzvləri var, böyük ehtimalla partiya rəhbərliyində təmsil olunacaqlar. O, yeni partiyada təmsil olunacaq sabiq ACP-çilərin adını açıqlamayıb.
Qeyd edək ki, S.Əkbərin ACP-dəki müavinlərinin onun yeni partiyasında təmsil olunması sual altındadır. Çünki ACP rəhbərliyində təmsil olunanların əksəriyyəti Rəsul Quliyevin adamlarıdır. S.Əkbərin R.Quliyevlə yollarını ayırması həmin şəxslərin yeni partiyada olacağına inamı azaldır. ACP sədrinin müavini olmuş Vaqif Mahmudov hazırda heç bir siyasi partiyada təmsil olunmadığını bildirib. O, Azad Demokratlar Partiyasında olmağı da düşünmür. Vaqif Mahmudov Sülhəddin Əkbərlə heç bir probleminin olmadığını deyib: "Rəsul Quliyevlə bir ilə yaxındır ki, heç bir münasibətim yoxdur. Ötən ilin sentyabrından ACP-dən sakitcə bəyanat vermədən uzaqlaşdım. Gördüm ki, partiya üzvləri istefa verir, mən əlavə fikir söyləmədim, mediaya bəyanat vermədim. Çünki istəmədim ki, gedişim partiyanın dağılması ilə əlaqələndirilsin. Ona görə də ACP-ni sakitcə tərk etdim, onsuz da yeni partiya yaradırdılar. Münasibətlərdə qalmaqal yaranmasını istəmədim. Sülhəddin Əkbərlə yaxşı münasibətlərimiz də var. Adətən, kimsə kənara çəkiləndə düşünürlər ki, arada soyuqluq yaranıb. Bizdə bu, belə deyil. Bundan sonra siyasi şərhçi kimi fikirlərimi cəmiyyətə çatdıracağam". ACP Ali Məclisinin sədri olmuş Zəminə Dünyamalıyevanın isə S.Əkbərin yeni partiyasına münasibəti belə olub: "Mən o partiyadan çıxmamışam ki, yenidən qayıdım. Sülhəddin Əkbər yeni partiya yaradırsa, Allah xeyir versin. Mənə aid olmayan şey barədə bir söz demək istəmirəm. Gedib hansısa partiya üzərində təşkilat yaratmasının mənə aidiyyatı yoxdur". Xanım siyasətçi hazırda müstəqil fəaliyyət göstərdiyini söyləyib.
Bu məsələlər prosesin siyasi tərəfidir, amma əsas iqtisadi məsələlərdir ki, bu barədə ictimaiyyətdə hər hansı bir məlumat yoxdur. "Unikal"ın əldə etdiyi məlumata görə, Sülhəddin Əkbərin Açıq Cəmiyyət Partiyası kimi hazır, formalaşmış bir təşkilatın buraxaraq, yeni partiya yaratmaq yönündə səylər göstərməsi böyük bir planın tərkib hissəsidir. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, Sülhəddin Əkbər artıq hakim komandada müəyyən adamlarla anlaşma əldə edib: "Bildiyiniz kimi, Sülhəddin Əkbər Müsavat Partiyasında olanda da hər zəmana hakimiyyətin qruplaşması ilə yaxın münasibətləri olub. Hətta zaman-zaman partiya daxilində də kimlərsə buna ehyam vuraraq, onun yuxarılara bağlı olduğunu vurğulayıblar. O vaxt Sülhəddin Əkbərin Müsavat Partiyasından istefa verməsi, onun ardınca Rəsul Quliyevlə yaxınlaşması və onun partiyasına sədr gəlməsi də həmin qruplaşma üzvlərinin sifarişi ilə baş vermişdi. Sülhəddin Əkbər son addımlarını da həmin adamların tapşırığı əsasında atır".
Müsahibimizin sözlərinə görə, Rəsul Quliyev siyasi fiqur kimi artıq cəzbedici olmadığı üçün regional müstəvidə Sülhəddin Əkbəri partiya lideri kimi önə vermək istəyirlər. Bu səbəbdən də yeni bir partiya yaradaraq, meydana təkbaşına partiya sədri kimi çıxması planlaşdırılıb: "Bildiyimə görə, Sülhəddin Əkbərə ilkin kapital da verilib. Qurultaydan sonra partiyaya tanınmış simaları cəlb etmək üçün ona yaxşı maliyyə ayrılması da nəzərdə tutulur. Hətta qısa müddətdə partiyanın qeydiyyat məsələsini də həll edib Sülhəddin Əkbərin ətrafında ciddi imic yaradacaqlar. Mümkündür ki, qarşıdan gələn 2015-ci il parlament seçkilərində bu kartdan da istifadə olunsun. Hər halda, qarşıdakı dövrdə hər şeyin şahidi olacağıq".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27
2024-12-27 17:42:00
2024-12-27 17:24:07
2024-12-27 17:15:00