Ədalət Partiyasında gərginlik
13:24 20-06-2014
CƏMİYYƏT
Ədalət Partiyasında gərginlik
İlyas İsmayılovla oğlu və müavini Etmad İsmayılov arasında qarşıdurma yaranıb
Ədalət Partiyasının Beynəlxalq Məsələlər üzrə sədr müavini Etimad İsmayılov tutduğu vəzifədən və partiya sıralarından istefa verib.
Məlumata görə, Etimad İsmayılov partiyanın fəaliyyətsizliyindən narazı qaldığına görə belə bir qərar verib. Etimad İsmayılov "Ədalət"in hazırki sədri, millət vəkili İlyas İsmayılovun oğludur. Maraqlıdır ki, Etimad İsmayılov bu partiyanın gələcək lideri kimi qəbul olunurdu.
Xatırladaq ki, 2013-cü ilin prezident seçkiləri ərəfəsində və seçkilərdən sonra Etimad İsmayılov Ədalət Partiyasının ümumi siyasi kursu ilə çox da üst-üstə düşməyən bir sıra sərt açıqlamaları ilə yadda qalmışdı. İstisna deyil ki, partiyanın siyasi kursu ilə bağlı bu fikir ayrılığı inkişaf edərək E.İsmayılovun istefasını qaçılmaz edib. E.İsmayılovun istefası xəbərini Ədalət Partiyasındakı digər mənbələr də təsdiq edib.
"Etimad İsmayılovun tutduğu vəzifədən istefa verməsi ilə bağlı bizə heç bir müraciət, ərizə daxil olmayıb". Bunu Ədalət Partiyasının sədri İlyas İsmayılov oğlu Etimad İsmayılovun partiyanın sədr müavini vəzifəsindən istefa verməsi ilə bağlı yayılan mıəlumatlara aydınlıq gətirərkən deyib. O vurğulayıb ki, bu barədə qərar vermək E.İsmayılovun öz işidir: "Partiyaya gəlmək də, oradan getmək də könüllüdür. Əgər partiyadan gedirsə öz işidir, qalarsa yenə fəaliyyətini davam etdirər. Bizdə hələ dəqiq məlumat yoxdur, bu barədə yalnız jurnalistlər danışır". İ.İsmayılov bu məsələyə görə oğlu ilə əlaqə saxlamadığını qeyd edib
Məsələ ondadır ki, gün ərzində bütün yerli mətbuat bu məsələ barədə yazsa da, Etimad İsmayılov istefa verib-verməməsinə münasibət bildirməyib. "Unikal"a daxil olan məlumata görə, artıq neçə vaxtdır ki, İlyas İsmayılovla Etimad İsmayılov arasında soyuq küləklər əsir. Buna səbəb isə Etimad İsmayılovun atasının yürütdüyü siyasətlə razılaşmaması olub: "Etimad İsmayılovun Ədalət Partiyasından getmək fikri yoxdur. Sadəcə olaraq, bu yolla atasına mesaj vermək istəyir ki, əgər onun da qərarlarını nəzərə almasa, daha sərt addımlar ata bilər. Məlumdur ki, İlyas İsmayılov 2015-ci il parlament seçkilərində mandat almaq şansını itirib. Xüsusən də sonuncu dəfə Milli Məclis rəhbərliyi ilə gərginliyə getməsi onun parlamentdəki karyerasına son qoyub. Etimad İsmayılov isə növbəti mərhələdə parlamentə düşmək üçün daha loyal mövqe tutulmısını istəyir. Ona görə də, İlyas İsmayılova bu şəkildə təzyiq etməyə çalışır".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22