BAXCP funksionerindən AXCP-yə sərt ittihamlar
13:36 21-06-2014
CƏMİYYƏT
BAXCP funksionerindən AXCP-yə sərt ittihamlar
Niyaməddin Orduxanlı: "Bu gün Əli Kərimlinin ətrafında kim qalıb ki, hələ bir onunla da bələdiyyə seçkilərində iştirak etsin?"
2014 seçki ili olmasına baxmayaraq siyasi həyatda bir səssizlik hökm sürür. Əksəriyyət partiyaların siyasi səhnədə aktiv olmaması fərqli düşüncələrə yol açır.
Məsələylə bağlı fikirlərini "Unikal"la bölüşən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrin ictimai-siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı təəssüflə qeyd edib ki, siyasi arenadakı süstlük bir həqiqətdir: "Bələdiyyə seçkilərinə start verilməsinə 3-4 ay qalmasına baxmayaraq hələ də partiyalarda seçki ab-havası hiss edilmir. Görünür, seçkiyə bir az da yaxınlaşdıqda bu sakitlik aradan qaldırılacaq. Biz BAXCP olaraq artıq iyun ayının 22-də partiyanın Ali Məclisinin sessiyasını çağırmışıq və əsas məqsədimiz də bələdiyyə seçkilərinə hazırlıqdır. Təbii ki, YAP bələdiyyə seçkilərində də favoritdir. BAXCP-nin bələdiyyə seçkilərində əsas rəqibi YAP olacaq".
Bəzi partiyalar iddia edirlər ki, Seçki Məcəlləsində dəyişiklik edilmədiyi üçün bələdiyyə seçkilərinə qatılmaq niyyətində deyillər. Doğurdanmı, məcəllədə dəyişikliyə ciddi ehtiyac var? BAXCP funksioneri hesab edir ki, bu fikirdə olan Əli Kərimlidir. Onun sözlərinə görə, bu gün Əli Kərimlinin ətrafında kim qalıb ki, hələ bir onunla da bələdiyyə seçkilərində iştirak etsin: "Əbülfəz Elçibəyin vaxtında olan şəxslərdən bu gün Əli Kərimlinin yanında matros Faiqdən başqa heç kim qalmayıb. Faiq də onun yerlisidir. Bu bir həqiqətdir. Əbülfəz Elçibəyin sədri olduğu vaxt partiyanın ali orqanı olan Rəyasət Heyətinin 19 nəfər üzvündən bir nəfər də olsun Əli Kərimlinin yanında qalmayıb. Əli Kərimli yaxşı bilir ki, bələdiyyə seçkilərində namizədlərin irəli sürülmsi üçün kifayət qədər şəxs lazımdır. Bu adamın belə bir potensialı yoxdur. Ona görə də bəhanə edir ki, Seçki Məcəlləsinə dəyişiklik etmək lazımdır. İndi yadına düşüb Seçki Məcəlləsi?! 2013-cü ildə Rusiyanın layihəsi olan "Milli Şura"nın prezident seçkilərində iştirak etdiyi vaxtlar Seçki Məcələsini qaldırmırdı? Həmin seçki məcəlləsi ilə prezident seçkiləri keçirilib. O vaxt bütün günü dəridən-qabıqdan çıxırdı ki, Rusiya Rüstəm İbrahimbəyovu tezliklə Azərbaycanda hakimiyyətə gətirsin. Elə onun təsirinə düşən gənclər bu gün həbsxana divarları arasındadır. Bəli, NİDA-çı gənclərin əsas məsuliyyəti Əli Kərimlinin üzərindədir. Onun apardığı siyasətin nəticəsidir ki, gənclər çox pis vəziyyətə düşürlər. Həmin gənclərin həbsə atılmasından 1 il keçməsinə baxmayaraq nə Əli Kərimli, nə də İsa Qəmbər bir dəfə də olsun həmin gənclərin yanına türməyə getməyiblər. Niyə? Türməyə getmək və onlara mənəvi dəstək vermək ayıbdır? Ayıb onda olur ki, öz oğlun İngiltərədə yüksək həyat tərzi yaşayır. O birinin də oğlu 2 aydan artıq əsgərliyin əziyyətinə tap gətirə bilməyib Bakıda komfort həyat yaşayır. Bu gənclərin nəyi sizin oğlanlarınızdan əskikdir?! Axı hər ikiniz bu gənclərin hesabına hakimiyyətə gəlmək istəyirdiniz".
Onu da qeyd edək ki, bu günlərdə NATO-nun Bakıda keçirilən tədbirində Leyla Yunus bir daha açıq şəkildə ermənipərəsət mövqe nümayiş etdirdi. Bu barədə münasibət bildirən N.Orduxanlı deyib ki, artıq Leyla Yunusun birbaşa erməni xalqına xidmət göstərməsi heç kimdə təəccüb doğurmur. Onun fikrincə, bu adamı qəsdən Bakıda himayələndirirlər ki, Ermənistanın milli maraqlarına xidmət etsin: "Leyla Yunus 28 ölkənin parlamentarilərinin iştirak etdiyi iclasda ancaq Azərbaycanın milli maraqlarının əleyhinə danışıb. Sanki Azərbaycan xalqından qısas alırmış. Bilirsiniz ki, həmin tədbirdə Ermənistandan 3 nəfərlik nümayəndə heyəti də iştirak edib. Leyla Yunus bütün iştirakçılara deyib ki, Azərbaycanda ona erməni deyirlər və guya ki, erməni olduğuna görə təzyiqlərlə üzləşir. Leyla Yunusun bu çıxışından sonra erməni deputatları NATO-nun rəhbərliyinə deyiblər ki, görürsünüz Leyla Yunusun özü deyir ki, bunlar ermənilərə nifrət edirlər və bizim xalqa düşmən kimi baxırlar. Sadəcə bir həqiqəti demək istəyirəm. Leyla Yunus indiyə qədər hansı beynəlxalq tədbirdə görüb ki, erməni nümayəndləri öz ölkəsinin əleyhinə bir cümlə də olsun çıxış etsin? Bakıya gələn ermənilərin arasında müxalifət nümayəndələri də olub. Ancaq heç vaxt onlar öz ölkələrinin milli maraqlarının əleyhinə bir cümlə də olsun danışmayıblar. Leyla Yunus heç olmasa utansın ki, söhbət Azərbaycan dövlətinin milli maraqlarından gedir. Bu gün erməni deputatı ilə Leyla Yunusun Azərbaycanın milli maraqlarına olan münasibətində heç bir fərq yoxdur. Elə NATO-nun tədbirində də Leyla Yunus erməni qardaşları ilə bir yerdə oturmuşdu".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31
2024-12-28 23:42:42
2024-12-28 23:41:59
2024-12-28 22:51:21
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07