Cəmil Həsənli Milli Şuranın "ölüm elanı"nı verdi
11:50 24-06-2014
CƏMİYYƏT
Cəmil Həsənli Milli Şuranın "ölüm elanı"nı verdi
"Süni nəfəs aparatıyla Milli Şuranı qorumaq istədilər, lakin buna nail ola bilmədilər, indi dəfn eləmək qalıb"
Demokratik Qüvvələrin Milli Şurası yeni qərargah icarələmək istəyir. Bu barədə məlumatı Milli Şuranın sədri, professor Cəmil Həsənli deyib.
O bildirib ki, Milli Şuranın üzvlərinin sayı çox olduğundan Rüstəm İbrahimbəyovun İçəri şəhərdə yerləşən evində sessiya keçirmək mümkün deyil. C. Həsənlinin sözlərinə görə, R.İbrahimbəyovun evinin boş olub-olmamasından da xəbərsizdir: "Onunla tez-tez telefonla əlaqə qururam. Rüstəm bəy, hər dəfə söhbətində Milli Şuranın tədbirlərinin tez-tez keçirilməsini istəyir. Üzvlərimiz çox olduğundan şəhərdə ofis kirayə götürmək istəyirik. Yalnız bundan sonra orada mütamadi tədbirlərimizi keçirə bilərik. Rüstəm İbrahimbəyov deyib ki, Milli Şura tədbir keçirmək üçün hər hansı bir problemlə üzləşsə, o zaman mənim ofisimdən istifadə edin". Qeyd edək ki, Milli Şura tədbir keçirmək üçün dövlət qurumlarına müraciət edəcəyini açıqlamışdı.
"İnformasiyalı Cəmiyyət Uğrunda" İctimai Birliyinin sədri, hüquqşunas Mehman Muradlı "Unikal"a açıqlamasında deyib ki, Milli Şura deyilən bir qurum yalan üzərində qurulmuşdu və məhv olmağa məhkum idi: "Yalan isə ondan ibarət idi ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşı olmağına baxmayaraq prezidentliyə namizədliyini irəli sürmüşdü və daha sonra bildirmişdir ki, güya Rusiya vətəndaşlığından çıxması üçün Rusiyanın müvafiq qurumlarına müraciət edib. Amma müəyyən zamandan sonra məlum olmuşdur ki, İbrahimbəyov Rusiya vətəndaşlığından çıxması üçün heç bir quruma müraciət etməyib. Süni nəfəs aparatıyla Milli Şuranı qorumaq istədilər, lakin buna nail ola bilmədilər. Sadəcə dəfn eləmək qalıb, amma bunu heç kim üzərinə götürmək istəmir".
Bu barədə "Unikal"a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Milli Şura qara niyyətli bir qurum olduğu üçün Azərbaycan xalqı özü tarixin arxivinə göndərdi: "Azərbaycanda müxalifət adı altında fəaliyyət göstərən bəzi qüvvələr xüsusilə də Milli Şura adı altında toplaşanlar şər qüvvələrə xidmət edirlər. Onların arxasında Azərbaycanı istəməyən, onu dağıdıb məhv etmək niyyətində olan dairələr, ermənilərin maliyyələşdirdiyi beynəlxalq təşkilatlar dayanır. Odur ki, onlar da həmin dairələrin buyruqlarını, əmrlərini yerinə yetirməklə Azərbaycana qarşı xəyanət, satqınlıq yolunu tutublar. Prezident seçkilərində buna cəhd elədilər, amma planları alınmadı. Çünki mən ele televiziyada, camaatın gözü qabağında liderlərini ifşa elədim. İnsanları meydanlara sürükləmək istəyirdilər. Ancaq mən söz verdiyim kimi, bunların heç biri öz çirkin niyyətlərinə nail olmağa imkan vermədim. Onların qarşısında biz, Azərbaycan xalqı dayandı və imkan vermədik ki, həmin qüvvələr Azərbaycanı yenidən 1992-93-cü illərdə olduğu kimi məhv olmaya doğru aparasınlar. Xalq da seçkidə onlara səs verməməklə yerlərini göstərdi və bununla da bitdilər".
MMP sədrinin sözlərinə görə, artıq elə vəziyyətə düşüblər ki, heç toplantılarını normal şəkildə keçirə bilmirlər: "Seçkidən sonra bu qurum tamamilə parçalandı. İndi orda Cəmil Həsənli, Əli Kərimli və 5-6 funksionerdən başqa, heç kim qalmayıb. Toplaşmağa adamları yoxdu, amma yer axtarırlar. Milli Şura kimi qurumların axırı belə də olmalı idi".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-29 14:02:44
2024-12-29 13:54:29
2024-12-29 13:52:10
2024-12-29 13:08:08
2024-12-29 12:58:14
2024-12-29 12:50:20
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00
2024-12-29 12:26:08
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00