ASDP sədrindən İsa Qəmbərlə Əli Kərimliyə ittiham
11:57 24-06-2014
CƏMİYYƏT
ASDP sədrindən İsa Qəmbərlə Əli Kərimliyə ittiham
Araz Əlizadə deyir ki, Müsavat və AXCP-yə rəhbərlik edən
şəxslər Amerikanın elçiləridir
"Azərbaycan cəmiyyəti Müsavatı da, AXCP-ni də yaxşı tanıyır. Hər kəs bilir ki, bu partiyalara rəhbərlik edən şəxslər Amerikanın Azərbaycanda elçiləridir".
Bu sözləri Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Müsavat və AXCP funksionerlərinin qarşılıqlı ittihamlarından danışarkən belə deyib.
Onun sözlərinə görə, İsa Qəmbər və Əli Kərimli ABŞ-a xoş görünmək üçün mübarizə aparır: "Bu adamlar bir-birinə nifrət edirlər. Hər ikisi də bilir ki, hakimiyyətə gələ bilməyəcəklər. İndiki halda Qərbə yaxşı görünmək, daha çox pul qoparmaq, ev almaq, zəngin həyat sürmək uğrunda mübarizə aparırlar. Görünür cangüdənlərinin sayı azalıb. İstəyirlər ki, mühafizə sayını artırsınlar. Bunun üçün də çoxlu pul qazanmaq lazımdır. Pulu isə bu adamlara xaricdən verirlər. Xaricə xoş gəlmək üçün isə bir-birini ittiham edirlər. Necə deyərlər, oğru elə bağırdı, doğrunun bağrı yarıldı. İkisi də bir bezin qırağıdır, özünü mələk göstərməsinlər. Unutmasınlar ki, onların limiti dolub və bundan sonra daha heç kim onlara böyük pullar verəsi deyil".
Digər Xəbərlər
2024-12-29 14:02:44
2024-12-29 13:54:29
2024-12-29 13:52:10
2024-12-29 13:08:08
2024-12-29 12:58:14
2024-12-29 12:50:20
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00
2024-12-29 12:26:08
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00