İqbal Ağazadənin yeni müavini oldu

İqbal Ağazadənin yeni müavini oldu

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə sərəncam imzalayıb. "Unikal"a daxil olan məlumata görə, partiya sədrinin imzaladığı sərəncama əsasən Hacılı Ramin Beynəlxalq Münasibətlər və Strateji Məsələlər üzrə sədrin müavini təyin edilib.
Hacılı Ramin Rasim oğlu 1983-cü il sentyabr ayının 1-də Azərbaycan Respublikası, Füzuli rayonu, Arayatılı kəndində dünyaya gəlib. 2002-ci ildən 2006-cı ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmələr fakültəsində Beynəlxalq Siyasi Münasibətlər ixtisası üzrə təhsil alıb.
2002-2004-cü illərdə Rəsulzadə-Elçibəy Ocağında sədr müavini, "Dalğa Gənclər Hərəkatı"nın (Dalğa GH) təsisçilərindən biri və ilk sədri (2005-2006). 2006-cı ilin sentyabrından 2013-cü ilin sentyabrına kimi Demokratik İslahatlar Partiyasının (DİP) Gənclər Təşkilatının sədri və partiyanın Siyasi Şurasının üzvü olub.