Nazirdən əyalətlərdə işsizlik etirafı
10:56 25-06-2014
CƏMİYYƏT
Nazirdən əyalətlərdə işsizlik etirafı
Səlim Müslümov: "Kənd yerlərində gənclər arasında işsizlik problemi var"
"Bu gün ölkədə ali təhsilli gənclərin 40 faizinə əmək bazarında yer yoxdur". Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir daha sonra əlavə edib: "Bu gün dünyanın hətta inkişaf etmiş ölkələrində işsizlik kəskin problemə çevrildiyi halda, Azərbaycanda işsizlik səviyyəsi 5 faizədək enib ki, bu da dünya ölkələri arasında nümunəvi göstəricidir. Bununla belə, nəzərə alsaq ki, ölkədə 15-29 yaşda gənclər arasında bu göstərici 9,9%, 15-24 yaşda olan şəxslər arasında isə 13,5% təşkil edir, o zaman gənclərin məşğulluğunun təminatının aktual bir məsələ olduğunu qeyd etmək olar".
Nazirin sözlərinə görə, gənclərin yiyələndiyi ixtisaslar bəzən mövcud əmək bazarının tələbinə uyğun gəlmir: "Elə ixtisaslar var ki, onlar üzrə əmək bazarı doldurulub, amma elə ixtisaslar da var ki, xüsusilə bu fəhlə peşələridir - onlara əmək bazarında təlabat var".
Nazir bildirib ki, kənd yerlərində gənclər arasında işsizlik məsələsi əsas problem olaraq qalmaqdadır. İnkişaf etmiş ölkələrdən fərqli olaraq, Azərbaycanda əhalinin 50%-ə qədəri məhz kəndlərdə yaşayır: "Bu proseslərin gec-tez başa çatması təbiidir. Müəyyən mentalitetə uyğun olaraq, insanlar onlara verilən torpaq sahələrini hələlik satmaq istəmirlər. Amma həmin torpaqları da becərmirlər. Torpaq sahələri də onların olduğu üçün ailə üzvləri neçə yaşında olmasından asılı olmayaraq, işləyən kimi qeydiyyata alınır. Həqiqətdə isə mövcud problemlər hələ də qalmaqdadır".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə "Təhsildən məşğulluğa: gənc, ali təhsilli ilk dəfə iş axtaranlara dəstək" layihəsinin təqdimatı keçirilib.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22