Fəzail Ağamalı: Ermənilər təxribata cəhd etsələr, yenə də layiqli cavablarını alacaqlar
10:34 26-06-2014
CƏMİYYƏT
Fəzail Ağamalı: Ermənilər təxribata cəhd etsələr, yenə də layiqli cavablarını alacaqlar
Ermənilər ATƏT-in Parlament Assambleyasının Bakıda keçiriləcək 23-cü yay sessiyasında hansısa təxribatlara cəhd etsələr, yenə də layiqli cavablarını alacaqlar. Bu barədə Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
F.Ağamalı qeyd edib ki, ermənilərdən nə desən, hətta ağlımıza gəlməyən, deyə bilmədiyimiz hərəkətləri, davranışları və təxribatları gözləmək mümkündür: "Çünki ermənilər analoqu olmayan bir xalqdır, təxribatçılıq, ağlagəlməyən hərəkətlər etmək bu millətin genetik kodlarında olan və onu istiqamətləndirən eybəcərliklərdir və onun qarşısını almaq mümkün deyil. Ona görə də biz onların eybəcərliklərini bilərək, ona uyğun addımlar atmağa hazır olmalıyıq".
Millət vəkili xatırladıb ki, NATO Parlament Assambleyasının Azərbaycanda keçirilən "Rouz Rout" seminarında iştirak edən Milli Məclisin deputatları çox böyük vətəndaşlıq və prinsipial mövqe nümayiş etdirərək, mövcud vəziyyəti konkret faktlarla orada iştirak edən deputatların hər birinə nümayiş etdirdilər və bu, bir daha ermənilərin Avropa deputatları qarşısında ifşasında çox ciddi rol oynadı.
F.Ağamalı deyib ki, erməni deputatların ATƏT PA-nın sessiyasında iştirak etmək üçün Azərbaycana gəlməsinə mane olmağa ehtiyac yoxdur: "Gəlsinlər. Onların təhlükəsizliyi təmin ediləcək, çünki Azərbaycan dövlətdir. Ermənistan kimi oyuncaq bir rejimin hökm sürdüyü ölkə deyil. Sessiya zamanı onların təhlükəsizliyi təmin ediləcək, şərait yaradılacaq, lakin biz ermənilərin iç üzünü, onların təcavüzkar, qaniçən olduqlarını, Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı, terror aktlarını xarici siyasətçilərin qarşısında onların üzünə deyirik. Bu, ermənilərin ifşa olunmasında kifayət qədər ciddi bir imkandır. Biz bu imkandan istifadə etməliyik. Ermənilər bu sessiyada da hansısa təxribata cəhd göstərsələr, öz layiqli cavablarını alacaqlar. Bizim ermənilərdən kifayət qədər savadlı, səviyyəli deputatlarımız, siyasətçilərimiz var. Eyni zamanda, bizim gücümüzü artıran daha bir reallıq var. Bu da obyektivlik, Azərbaycan həqiqətləridir, Ermənistanın işğalçı dövlət olmasıdır".
Digər Xəbərlər
2024-12-29 14:38:32
2024-12-29 14:14:05
2024-12-29 14:02:44
2024-12-29 13:54:29
2024-12-29 13:52:10
2024-12-29 13:08:08
2024-12-29 12:58:14
2024-12-29 12:50:20
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00
2024-12-29 12:26:08
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55