NATO-dan Rusiyaya gözdağı
11:20 26-06-2014
CƏMİYYƏT
NATO-dan Rusiyaya gözdağı
Şimali Atlantika İttiifaqının prezidentindən sensasion bəyanatlar!
"NATO 2015-ci ilin sonuna kimi Çernoqoriyanın ittifaqa üzvlüyü üçün bütün səyləri ortaya qoyacaq". Bu sözləri Şimali Atlantika İttifaqının (NATO) baş katibi Anders Foq Rasmussen "Tvitter" səhifəsində yazıb.
Rasmussen heç bir üçüncü gücün NATO-nun genişlənilməsinə mane ola bilməyəcəyini bildirib. "NATO-nun qapısı açıq olaraq qalır və heç bir üçüncü ölkə blokun genişlənilməsinə veto qoya bilməz. İttifaq Çernoqoriyanın üzvlüyü ilə bağlı intensiv danışıqlara başlamağa hazırlaşır. Məqsədimiz 2015-ci ilin sonuna kimi Çernoqoriyanın NATO-ya üzvlüyünə nail olmaqdır", - Rasmussen yazıb.
NATO-nun baş katibi həmçinin qeyd edib ki, Gürcüstanın ittifaqa üzvlüyü üçün hər cür kömək göstərəcək. Rasmussen Ukraynaya uzunmüddətli dəstək paketinə də baxılacağını qeyd edib.
Qeyd edək ki, Çernoqoriya 2009-cu ildə NATO-ya üzvlük haqqında Fəaliyyət Planına qoşulub. Bu, adətən, ittifaqa üzvlük üçün ilk addım hesab olunur.
Gürcüstan isə sentyabr ayında NATO-ya üzvlük haqqında Fəaliyyət Planını ala bilər. Rusiyanın "Kommersant" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun Baş qərargahı və ABŞ Dövlət Departamentindəki mənbələr bildirib.
Mənbələr qeyd edir ki, bu məsələ barədə qəti qərar Ukrayna böhranının nəticəsindən birbaşa asılı olacaq.
Məlum olduğu kimi, sentyabr ayında Böyük Britaniyada NATO-nun sammiti keçiriləcək. Gürcüstan ala biləcəyi deyilən alyansa üzvlük üzrə Fəaliyyət Planında söhbət siyasi, iqtisadi, hərbi və hüquqi sahələri əhatə edən bir neçə şərtdən gedir. Hazırda Makedoniya, Çernoqoriya və Bosniya-Hersoqovina Fəaliyyət Planının iştirakçılarıdır.
Keçən il NATO-nun baş katibi bildirib ki, Gürcüstan 2015-ci ildən alyansın çevik əməliyyat qüvvələrinə qoşula bilər. Yanvarda Gürcüstanın baş naziri İrakli Qaribaşvili qeyd edib ki, Gürcüstan NATO-ya üzv olmaq üçün Fəaliyyət Planını 2014-cü ildə alyansın sammitində alacağına ümid edir.
NATO-ya üzvlük perspektivi Gürcüstan üçün ittifaqın 2008-ci ilin aprel ayında keçirilən Buxarest sammitində açılıb. Almaniyanın və Fransanın etirazlarından sonra Tiflis NATO-ya üzvlük üzrə Fəaliyyət Planı ala bilmədi. Bundan sonra isə 2008-ci ilin avqust ayındakı Gürcüstan-Rusiya müharibəsi və ardınca Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyinin tanınması bu məsələni gündəlikdən çıxardı. İttifaqın Çikaqoda keçən il keçirilən sammitində yenidən bəyan olundu ki, NATO-nun qapıları Tiflis üçün açıqdır.
"Rusiyanın Ukraynada atdığı addımları NATO-nun Şərqi Avropada daha qətiyyətli siyasət aparmasına ehtiyacla bağlı müzakirənin yenilənməsinə səbəb oldu", - NATO-un qərargahındakı mənbə bildirib. O qeyd edib ki, namizəd statusunun alınması ilə bağlı Tiflisin müraciəti təmin olunmalıdır. Gürcüstanın baş naziri İrakli Qaribaşlinin bu yaxınlarda Vaşinqtona səfərində Ağ Evin rəsmiləri də Tiflisin NATO-ya üzvlük istəyini dəstəkləyəcəklərinə söz veriblər.
İ.Qaribaşvilinin özü isə Vaşinqtondakı Atlantik Şurasında etdiyi çıxışında hakimiyyət dəyişikliyinin Gürcüstanın avroatlantik kursuna təsir etmədiyini bildirib.
Rusiya isə NATO-nun onun sərhədlərinə yaxınlaşma perspektivini qəbuledilməz hesab edir. Rusiya xarici işlər naziri Sergey Lavrov da yaxın vaxtlarda ittifaqın genişlənməsini "soyuq müharibə dövrünün davamı" adlandırdı. Bununla belə, ABŞ Dövlət Adminstrasiyasındakı mənbənin sözlərinə görə, Krımın Rusiyaya birləşməsindən sonra NATO-ya üzvlük üzrə Fəaliyyət Planının Gürcüstana verilməsi məsələsi faktiki olaraq həll edilməlidir. "Buna mane olmağı yalnız Almaniya bacarar. Lakin Berlinin fikri də dəyişə bilər. Krımın Rusiyaya birləşməsini Berlində də münasib hesab etmirlər",- mənbə qeyd edib.
Ömər Dağlı
Digər Xəbərlər
2024-12-27 13:09:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57