Müxalifətin təşkilat ovu
Əfv yazanların sayı artır
Daha bir müxalifətçi gənc, "Nida" təşkilatının üzvü prezidentdən əfv istədi. Əslində bir məhbusun azadlığa çıxması üçün belə müraciət etməsi normaldır. Amma burada başqa diqqəti cəlb edən nüans bu gənclərin müxalifət düşərgəsində olmaları və siyasi oyunlara cəlb edilmələridir. Hər iki əfv ərizəsində də siyasi yanlışlıq etiraf edilir və müxalifətin oyununun oyunçusuna çevrildikləri etiraf edilir. Maraqlıdır, gənclərin ardıcıllıqla belə müraciətlər etmələrinin səbəbi nədir?
İlk növbədə burda diqqətsizliyə xüsusi önəm vermək lazımdır. Belə ki, hansısa yollarla siyasi oyunlara cəlb edilən bu gənclər ilk anlarda ciddi vədlərlə rastlaşır, bir ailə ovqatı formalaşdırılır və həbs olunan andan, məhkəmə proseslərinə qədər dəstək görür və həbsxanaya düşən andan sanki heç nə olmamamış kimi unudulurlar. "Unikal"a açıqlama verən keçmiş məhbuslardan biri də etiraf edirdi ki, aylarla yanına bir nəfərdə olsa partiya üzvü gəlməyib, sadəcə arada hansısa qəzetdə bir məqalə ilə çıxış etməklə missiyalarını başa vururdular. Onun sözlərinə görə xəstə anasına bir dəfə də olsa "əqidə" yoldaşları baş çəkməyib. Məhz bu cür biganəliklər məhbuslara pis təsir edir. Bundan başqa bu günə qədər gəncləri meydanlara çağıranların birinin övladı bir illikdə olsa həbs olunmayıb. Səbəb nədir? Bu suala həbsxanaya düşəndən sonra cavab axtaran gənclik bunun bir oyun olduğunu, özlərinin isə qurbanlığa çevrildiklərinin fərqinə varırlar. Ən gülməlisi isə budur ki, həbsxana həyatı başlayan kimi elə müxalifətin özü onların üzərində basqını artırırlar. Tutalım iddia edirlər ki, bu gənclərdən hansısa hakimiyyətin adamıdır və kim ərizə ilə müraciət edərsə deməli hakimiyyətin sifarişini yerinə yetirirlər. Bu basqının nəticəsidir ki, həbsxanaya düşən gənclik tərəddüd içində qalır. Bundan başqa qeyd edək ki, "Nida" təşkilatı ilk yarananda daha çox maarifləndirməyə üstünlük verirdi və gənclərində bu təşkilata inamı artmışdı. Amma növbəti mərhələdə bu təşkilat müxalifətin marağını cəlb etdi və nəticə göz qabağındadır. Bunu da qeyd edək ki, ümumiyyətlə müxalifət yeni yaranan gənclər təşkilatlarını maraqlı şəkildə ələ keçirə bilirlər. Bunun üçün bəzən hansısa beynəlxalq təşkilatların və ya səfirliklərin imkanlarından yararlanırlar. Bunun üçün öncə gənclər təşkilatının rəhbərliyi ilə müxalifətin görüşləri keçirilir, mətbu səhifələrdə onlara yer ayrılır, daha sonra isə maliyyə dəstəyi olacaqlarını bildirirlər. Məhz maliyyə məsələsi ortaya çıxandan sonra gənclər təşkilatları təsir altına düşürlər. Maliyyəni isə müxalifət tərəfindən müəyyən beynəlxalq təşkilatlardan alınır. Amma bir şərtlə, maliyyə alınırsa bir hissəsi yenidən müxalifətə qaytarılır və həmin təşkilat müxalifətin mitinqlərində iştirak etməlidir. Bununla da hiss olunmadan təşkilatlar tora salınır. Məhz "Nida" təşklatıda belə tora salındı. Bu gənclərin tora salınmasında isə ABŞ səfirliyi xüsusi rol oynadı və sonradan da sübut olundu ki, ABŞ səfirliyi seçkiöncəsi ölkədə gərginlik yaratmaq üçün müəyyən cəhdlər edibmiş.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54