AMEA Mərkəzi Elmi Kitabxanasına daxil olan yeni ədəbiyyatların sərgisi nümayiş etdirilir
AMEA Mərkəzi Elmi Kitabxanasına müxtəlif elm sahələri üzrə 500-dən çox ədəbiyyat daxil olub.
Mərkəzi Elmi Kitabxananın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bunlar monoqrafik əsərlər, əsərlər külliyyatı, seçilmiş əsərlər, biblioqrafik, məlumat xarakterli və s. başqalarıdır.
Yeni daxil olan ədəbiyyatlarda daha çox tarix və ədəbiyyatşünaslığa dair əsərlər üstünlük təşkil edir. "Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi", "Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri", "Naxçıvan tarixi", Qasım Hacıyevin "Heydər Əliyevin Dağlıq Qarabağa erməni iddialarına qarşı mübarizəsi", Əhməd Mahmudovun iki cilddən ibarət "Azərbaycan iqtisadiyyatının aktual problemləri", Hidayətin 8 cilddən ibarət əsərləri, Teymur Əhmədovun Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 80 illiyinə həsr olunmuş kitabı, Nəsiman Yaqublunun "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası", Faruq Sümərin "Oğuzlar", Vəli Əliyev və Rəsul Bağırovun "Naxçıvanın qədim qala və şəhərləri", Ziyadxan Nəbibəylinin "Əxlaqa aparan yol", Faiq Ələkbərlinin "Milli ideologiya problemlərinə tarixi-fəlsəfi baxış", Ziyəddin Məhəmməd Baburun "Baburnamə" əsərləri, o cümlədən bir çox monoqrafiyalar və ədəbiyyatşünaslığın müxtəlif sahələrinə dair digər nəşrləri kitabxanaya daxil olub.
Kitabxanaya daxil olan ədəbiyyatlar Azərbaycan, rus və Avropa dillərindədir. Həmçinin burada ədəbiyyat, elm və təhsil, mədəniyyət, maarif, texnika və s. dair müxtəlif elm sahələrindən bəhs edən nəşrlər var. Bu da Mərkəzi Elmi Kitabxananın Azərbaycan elminin başlıca informasiya mərkəzlərindən biri kimi geniş və çoxtərəfli fəaliyyətində mühüm rol oynayır. Yeni ədəbiyyat sərgisi bir ay müddətində nümayiş olunacaq.
Digər Xəbərlər
2025-02-26 22:55:46

2025-02-26 22:36:19

2025-02-26 21:14:26

2025-02-26 20:42:31

2025-02-26 20:15:16

2025-02-26 20:09:06

2025-02-26 18:59:30

2025-02-26 18:57:18

2025-02-26 18:57:03

2025-02-26 18:48:03

2025-02-26 18:47:58

2025-02-26 18:35:21

2025-02-26 18:33:32
.jpg)
2025-02-26 18:31:01

2025-02-26 18:24:13

2025-02-26 18:17:31
2025-02-26 18:06:04
.png)
2025-02-26 18:00:47

2025-02-26 17:44:04
