Azərbaycan BMT-nin "Elektron hökumət"in inkişaf səviyyəsinə görə reytinqində 28 pillə irəliləyib
BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamenti ölkələrin "Elektron hökumət"in inkişaf səviyyəsinə görə yeni "United Nations E-Government Survey 2014: E-Government for the Future We Want" reytinqini dərc edib.
Reytinqdə ölkələr hakimiyyət orqanlarının informasiya texnologiyaları və rabitə texnologiyalarından əhaliyə xidmət göstərmək üçün istifadəyə görə hazırlıq və bacarığının ölçülməsi indeksindən ("EGDI") asılı olaraq qərarlaşıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, ümumdünya siyahısında Azərbaycan 68-ci yeri tutub. Ölkə əvvəlki reytinqlə müqayisədə 28 pillə irəliləyərək Çin, Türkiyə, Serbiya kimi ölkələri geridə qoyub. Azərbaycanın "EGDI" üzrə göstəricisi 0,5472 təşkil edib. Siyahıda birinci yeri 0,9462 göstərici ilə Cənubi Koreya tutub.
Reytinqdə MDB ölkələrindən Ukrayna 87-ci (2012-ci ildə 68-ci), Belarus 55-ci (2012-ci ildə 61-ci), Rusiya isə 27-ci (2012-ci ildə 27-ci) yerdə qərarlaşıb.
Digər Xəbərlər
2025-02-26 22:55:46

2025-02-26 22:36:19

2025-02-26 21:14:26

2025-02-26 20:42:31

2025-02-26 20:15:16

2025-02-26 20:09:06

2025-02-26 18:59:30

2025-02-26 18:57:18

2025-02-26 18:57:03

2025-02-26 18:48:03

2025-02-26 18:47:58

2025-02-26 18:35:21

2025-02-26 18:33:32
.jpg)
2025-02-26 18:31:01

2025-02-26 18:24:13

2025-02-26 18:17:31
2025-02-26 18:06:04
.png)
2025-02-26 18:00:47

2025-02-26 17:44:04
