Azərbaycanda maliyyə amnistiyası elan olunacaq: "Bununla bağlı xüsusi qərar qəbul ediləcək"
Uzun illərdir ki, Azərbaycanda maliyyə amnistiyası ilə bağlı gəzən söz-söhbətlər nəhayət ki öz həllini tapacaq. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov açıqlamasında yaxın vaxtlarda Azərbaycanda maliyyə amnistiyası olacağını bildirib.
Deputatın sözlərinə görə, bununla bağlı xüsusi qərar layihəsi hazırlanır. "Maliyyə amnistiyasının elan olunması gündəmdədir. Hətta bu yaxınlarda vergilər naziri Fazil Məmmədov da belə bir bəyanat verdi ki, xarici ölkələrdəki maliyyə Azərbaycana gətirilməsi üçün maliyyə amnistiyası həyata keçiriləcək. Təbii ki, burada söhbət qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlakın, həmçinin gəlirlərinin leqallaşdırılmasından gedir".
Konkret rəqəmlər söyləyə bilməyəcəyini deyən V. Əhmədov xaricə vəsait aparan, Azərbaycandan kənarda investisiya layihələri həyata keçirənlərin kifayət qədər olduğunu bildirib. "İri şirkətlər Azərbaycanda işləyir, pul qazanırlar. Həmin şirkətlərin rəhbəri kifayət qədər gəlir əldə edir, lakin vəsaitlərini Azərbaycandan kənarda xərcləyirlər. İstəyirik ki, Azərbaycanda qazanılan gəlir, Azərbaycanın daxilində qalsın".
Digər Xəbərlər
2025-02-26 22:55:46

2025-02-26 22:36:19

2025-02-26 21:14:26

2025-02-26 20:42:31

2025-02-26 20:15:16

2025-02-26 20:09:06

2025-02-26 18:59:30

2025-02-26 18:57:18

2025-02-26 18:57:03

2025-02-26 18:48:03

2025-02-26 18:47:58

2025-02-26 18:35:21

2025-02-26 18:33:32
.jpg)
2025-02-26 18:31:01

2025-02-26 18:24:13

2025-02-26 18:17:31
2025-02-26 18:06:04
.png)
2025-02-26 18:00:47

2025-02-26 17:44:04
