Yeni sədr: ""İrəli" İctimai Birliyi Prezident İlham Əliyev siyasətini dəstəkləməyə hazır təşkilata çevriləcək
13:37 28-06-2014
CƏMİYYƏT
Yeni sədr: ""İrəli" İctimai Birliyi Prezident İlham Əliyev siyasətini dəstəkləməyə hazır təşkilata çevriləcək"
""İrəli" İctimai Birliyi Prezident İlham Əliyev siyasətini dəstəkləməyə hazır təşkilata çevriləcək". Bunu jurnalistlərə açıqlamasında "İrəli" İctimai Birliyinin IV hesabat-seçki konfransında təşkilatın növbəti 2 il üçün yeni sədri seçilmiş Mirhəsən Seyidov deyib.
M.Seyidov "İrəli" İB-nin bundan sonrakı fəaliyyətində vacib yeddi əsas istiqamətin olacağını açıqlayıb: "Birincisi, "İrəli" İB Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda bu siyasi kursun davamçısı olan hamımızın Prezidenti cənab İlham Əliyev tərəfindən dəstəklənmiş gənclər siyasətinin inkişafında yaxından iştirak edərək, müəyyənləşdirilmiş strateji vəzifələrin həyata keçirilməsində gənclərin rolunu daha da inkişaf etdirəcək. İkinci istiqamət odur ki, "İrəli" Azərbaycanın işğal altında olan torpaqlarının, ərazi bütövlüyünün, Dağlıq Qarabağ münaqişəsinin yerli və beynəlxalq müstəvidə tanınması, qaçqın və məcburi köçkün gənclərimizin hüquqlarının bərpası və qanlı tariximizin unudulmayacağı gənclərin təşkilatına çevriləcək".
Onun sözlərinə görə, üçüncüsü, "İrəli" informasiya cəmiyyətinin sürətlə formalaşdığı bu günümüzdə, gənclərdə müasir düşüncə tərzinin formalaşması, gənclərin yeni innovasiya brendinin yaradılması, sağlam düşüncəli gəncliyin inkişafı, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında gənclərin təmsil olunması və ən əsası, gənclərin ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməsi yönümündə dayanmadan irəliyə doğru addımlayacaq: "Dördüncüsü, "İrəli" gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi, vətənpərlik və vətəndaşlıq tərbiyəsinin səmərəsinin artırılması üçün əzmlə çalışacaq".
M.Seyidov qeyd edib ki, beşinci istiqamət odur ki, "İrəli" istər yerli, istərsə də beynəlxalq səviyyədə azərbaycançılıq, dövlətçilik, milli-mənəvi dəyərlərin qorunması, beynəlxalq platformalarda ölkənin ictimai və siyasi maraqlarının qorunması, mədəni və tarixi irsinin təbliğ olunması və beynəlxalq rəqabətə davamlı gəncliyin formalaşdırması istiqamətində dayanmadan çalışacaq: "Altıncısı, "İrəli" Azərbaycan Respublikasının regionlarında, ucqar dağ kəndlərində və paytaxt rayonlarında gənclərin birbaşa iştirakı ilə qərar qəbul etmə prosesində gənclərin rolunun artırılması üçün yeni imkanlar yaradacaq və gənclərin proqressiya, modernləşmə sütunlarının təməl sütununa çevriləcək. Yeddinci əsas istiqamət isə budur ki, "İrəli" Azərbaycanda fəaliyyət göstərən, gənclərin fəaliyyətlərini stimullaşdıran, ölkə maraqlarını qoruyan və gənclər siyasətinin inkişafında yaxından iştirak edən bütün dövlət qurumları, qeyri-hökümət təşkilatları və gənclər təşkilatları ilə qarşılıqlı əlaqələri gücləndirərək əməkdaşlıqlarını artıracaq və Azərbaycanın gənclər siyasətinə birgə töhfə verməyə, cənab Prezident İlham Əliyev siyasətini dəstəkləməyə hazır təşkilata çevriləcək".
M.Seyidov bildirib ki, artıq komandanın qarşıya qoyduğu hədəflər müəyyənləşdirilib və ən böyük hədəflərdən biri də belədir: ""İrəli" müstəqil Azərbaycan gəncliyinin təşkilatına çevriləcək".
Kütləvi informasiya vasitələri ilə münasibətlərə tam açıq olacağını deyən "İrəli" İB-nin yeni sədri dövlət qurumları və QHT-lərlə əməkdaşlığını davam etdirəcək, sonrakı fəaliyyəti daha açıq olacaq: "Eyni zamanda, biz Azərbaycanın beynəlxalq müstəvidə də maraqlarının qorunması, Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunması faktlarının dünyaya çatdırılması, eləcə də "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının daha dərindən dəstəklənməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik".
Bundan əvvəl "İrəli"nin adının bəzi şəbəkələrlə hallandırılması ilə əlaqədar bundan sonrakı fəaliyyətini necə quracağı ilə bağlı suala cavabında isə M.Seyidov qeyd edib ki, Azərbaycanın gənclər siyasətinə tam səmimi olaraq 8-9 il bundan əvvəl könüllü olaraq qoşulub. 8-9 il bundan əvvəl reallıqda heç bir məqsəd güdmədən Azərbaycan gənclər siyasətinin dəstəkləməsi üçün əlindən gələni edib. Bundan sonrakı istiqamətində də fəaliyyətini davam etdirəcək. İB-nin bundan əvvəl hansı istiqamətlərdə fəaliyyət göstərdiyi yeni sədri maraqlandırmır. Yeni sədrin öz prioritetləri var və bu istiqamət üzrə öz işini davam etdirəcək.
Qeyd edək ki, M.Seyidov bundan əvvəl Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədr müavini vəzifəsində fəaliyyət göstərib.
Fuad
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22