Müsavat Məclisinin qurultay dilemması davam edir
13:40 28-06-2014
CƏMİYYƏT
Müsavat Məclisinin qurultay dilemması davam edir
Partiyanın Məclisində ara qarışa bilər, İsa Qəmbər pariyadaxili gərginliyi yatırmaq üçün yollar axtarır
Müsavat Partiyasının qurultay keçirə bilməmək problemi davam etməkdədir. Artıq partiya 4 ildir ki, VIII qurultayını yer problem ucbatından keçirə bilmir. Dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə(BŞİH) müraciət edilməsinə baxmayaraq, dövlət qurumu edilən müraciətə ya gec cavab verir, ya da ayırdığı yer münasib olmur.
İndiyə qədər Müsavat Partiyası qurultay üçün dəfələrlə konkret gün müəyyənləşdirsə də, məlum səbəblər üzündən təxirə salınıb. Partiyanın 28 iyunda keçiriləcək Məclisində qurultayla bağlı yaranan narazılıqlara, söz-söhbətlərə son qoyulacağı, qəti qərar veriləcəyi gözlənilir. Qurultay probleminin Məclisdə necə çözüləcəyi, bununla bağlı hansı qərarların veriləcəyini öyrənmək üçün Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı ilə əlaqə saxladıq. A.Hacılı bildirdi ki, növbəti Məclisdə həqiqətən də qurultayla bağlı qəti qərar veriləcək: "Sabah partiyanın Məclisi toplanacaq. Qurultayla bağlı məsələ Məclisin bu toplantısında ətraflı müzakirə olunacaq. Konkret qərar veriləcəyini gözləyirəm".
Qeyd edək ki, qurultayın ertələnməsi məsələsi partiya daxilində də iki tirəliyə səbəb olub. Belə ki, neçə müddətdir ki, Müsavat başqanının müşaviri Səxavət Əlisoy partiyanın qurultayının sentyabra qədər təxirə salınmasına münasibət bildirərkən sərt mövqe sərgiləyir. Onun fikrincə, Müsavat Bakı meriyasının Əmircan qəsəbəsində ona ayırdığı məkanda qurultay keçirə bilər: "Mən öz təklifimi demişdim. Amma Müsavatda partiyadaxili demokratiya var. Burada söhbət səs çoxluğundan gedir. Ona görə də təklifim həyata keçmədi. Çünki çoxluq başqa qərar verdi".
Qeyd edək ki, BŞİH Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına Mədəniyyət Evini qurultay keçirmək üçün təklif etsə də, Müsavat bununla razılaşmayıb.
Ammu qurultay üzərində açılan polemika daha da kritik istiqamətlərə qədər inkişaf edib. Səxavət Əlisoyla keçmiş millət vəkili İkram İsrafil arasındakı gərginlik pik həddə çatıb. Hətta İkram İsrafil "Düşünürəm ki, qurultay olsa da, olmasa da, Səxavət Əlisoy partiyada qalmayacaq" kimi sözlər işlədərək vəziyyəti daha da gərginləşdirib. Səxavət Əlisoy isə deyir ki, İkram İsrafil görünür, qeybətbazların informasiyasından yararlanır:
"Nə mən, nə də uşaqlarım Azərbaycanı tərk etmək barədə düşünmürük. Mən öz yolumla gedirəm. Həqiqətdir ki, biriləri mənim partiyadan getməyimi çox arzulayır. Mövqeyi olmayanlar, qeybətbazlar, başı ilə düşünməyənlər mənim partiyadan getməyimi istəyir. Ancaq arzuları gözlərində qalacaq".
İyunun 28-də, yəni bu gün Müsavat Partiyasının Məclisi toplanacaq. Məclisdə qurultay məsələsi müzakirə olunacağı üçün gərgin bir tədbir olacağını bəri başdan demək olar. "Unikal"ı məlumatlandıran müsavatçı fəallardan birinin sözlərinə görə, İsa Qəmbər baş verə biləcək gərginliyi önləmək üçün müəyyən addımlar atmaq istəyir: "Bildiyiniz kimi, İkram İsrafillə Səxavət Əlisov arasındakı münasibətlər həddindən artın gərgindir. İyunun 28 keçirilməsi nəzərdə tutulan Məclisin iclasında onların üz-üzə gəlməsi və yenidən mübahisə etməsi mümkündür. Ona görə də İsa Qəmbər hər ikisinə zəng edərək emosianal addımlar atmamağı tapşırıb. Çünki Məclisin iclası mətbuat üçün açıq olacaq və orada yaranacaq hər hansı qarşıdurma ictimailəşə bilər. Hər halda, Müsavatın budəfəki Məclisi səs-küylü olacaq. Qurultayla bağlı qəti qərar verilməsə, növbəti narazı şəxslərin də ortaya çıxacağı qaçılmazdır".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22