Pənah Hüseynə qarşı sərt təpki
11:39 05-07-2014
CƏMİYYƏT
Pənah Hüseynə qarşı sərt təpki
Müsavat başqanının liderliyini önə sürməsi Xalq Partiyasının sədrinə baha başa gəldi
Sabiq baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyin müxalifət üçün yeni birlik modeli irəli sürüb.
O, təklif edib ki, Müsavat başqanı İsa Qəmbərin siyasi liderliyini və ideoloji platforma kimi Müsavat ideologiyasını qəbul edən siyasi partiyalar və fərdlər "Müsavat" adlı siyasi blok şəklində birləşməli, bu birliyin dayanıqlığının təminatı mənbəyi olaraq 2015- ci il parlament seçkilərində Müsavat Partiyasının siyahısı ilə iştirak edəcəklərini bəyan etməlidirlər.
Bu barədə "Unikal"a açıqlama verən "İnformasiyalı Cəmiyyət Uğrunda" İctimai Birliyinin sədri, hüquqşunas Mehman Muradlı Pənah Hüseynini bu təklifində təəccüblü bir şey olmadığını deyib. Onun sözlərinə görə, Azərbaycan müxalifəti 1993-cü ildən bəri 10-a yaxın birlik yaradıb və hamısı da fiaskoya uğrayıb. Pənah Hüseynin də bu təklifi sadəcə təklif kimi dəyərləndirib.Hətta nəzəri cəhətdən ehtimal etsək ki, bu birlik yaranacaq, bu birliyin də taleyi əvvəl yaranmış birliklərin taleyindən uzağa getməyəcək. Pənah bəy zaman-zaman təkliflər verib bu da növbəti təkliflərindən biridir. məncə Pənah bəy bələdiyyə seçkilərinə hazırlaşsa daha yaxşı nəticə əldə edə bilər. Bəlkə bələdiyyə üzvü də seçilə bildi".
M.Muradlı onu da bildirib ki, Pənah Hüseyn özünü AXP lideri kimi yox, İsa Qəmbərin mətbuat xidmətinin rəhbəri və ya başqanın sərbəst məsələlər üzrə köməkçisi kimi aparır. Onun sözlərinə görə, elə bu səbəbdən də onun qeyri-ciddi təkliflərinə əhəmiyyət vermək lazım deyil.
Məsələyə münasibət bildirən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev deyib ki, Pənah Hüseynin təklifinə haqq qazandıra bilməz: "Mən buna o zaman haqq qazandıra bilərəm ki, Pənah Hüseyn sədri olduğu partiyanı ləğv edərək Müsavata üzv yazılsın. Bu adam kənarda qalır, müxtəlif şərhlər verir və sözün açığı, adamı bir qədər də narahat edən təhlillər verir".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04