"Kimsə iddia edir ki, maxinasiya ola bilər" – Polisdən reaksiya
11:44 05-07-2014
CƏMİYYƏT
"Kimsə iddia edir ki, maxinasiya ola bilər" – Polisdən reaksiya
Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev "Cərimə pulları necə yığılır?" başlıqlı yazıda Bakı sakinin cərimə pulunun ödənilməsi zamanı qarşılaşdığı problemə aydınlıq gətirib.
K. Əliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, sənəddə protokol nömrəsi üzrə piyadanın cərimə olunduğu göstərilir: "Hazırda sistemdə piyadanın adı, soyadı, atasının adı görünməsi ilə bağlı proses gedir. Yəni proqramın özündə dəyişikliklərlə bağlı iş aparılır ki, artıq piyadalar da o cəriməni ödəyərkən adını, soyadını sistemdə görsünlər. Yəni artıq tək protokol nömrəsi ilə deyil, həm də ad, soyadla banka müraciət etdikdə onun cərimə borcunun olub-olmadığını orada müəyyənləşdirəcəklər. Yenə həminki qaydada cəriməni ödəyəcəklər. Sadəcə bu gün ad, soyad sözünün əvəzinə piyada sözü yazıldığından bu piyadalarda bir az çaşqınlıq yaradır ki, görəsən bu mənim cəriməmdirmi? Amma BDYP-nin Mərkəzi Məlumat İnformasiya Sistemində onun bütün informasiyası görünür. Yəni inzibati məsuliyyətə cəlb olunan istənilən piyada haqqında siz məndən soruşsanız, mən sizə onun atasının adını, familiyasını, nə qədər cərimə borcu olduğunu, nə vaxt ödədiyini deyə bilərəm".
Şöbə rəisi bu məsələdə korrupsiya faktının olub-olmamasına da münasibət bildirib: "Burada kimsə iddia edir ki, maxinasiya var. Kimin buna şübhəsi varsa, gəlib bizim mərkəzi sistemlə tanış ola bilər. Bu piyada da protokol nömrəsi üzrə cəriməsini bankda ödəyib. İndi guya o başqa adamın adına ödəyib? O zaman bəs onun yerinə kim ödəyib cərimə pulunu?".
Digər Xəbərlər
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59