Hacı Qamət İŞİD-in Ramazanda qan tökməsini pislədi: "Onlar üçün müqəddəs heç nə yoxdur"
12:24 08-07-2014
CƏMİYYƏT
Hacı Qamət İŞİD-in Ramazanda qan tökməsini pislədi: "Onlar üçün müqəddəs heç nə yoxdur"
Din pərdəsi altında radikal terror təşkilatlarının fəaliyyət mexanizmi planlı şəkildə qurulur. Bu səbəbdən də məzhəb ayrı-seçkiliyindən doğan qarşıdurmaların miqyası genişlənməkdə davam edir.
Son günlər İraqda möhkəmlənən İraq Şam İslam Dövləti (İŞİD) "haqq" yolunda etdiyi çağırışlar, məyusedici məqamları ortaya qoyur. Müsəlman dünyasının müqəddəs Ramazan ayını yaşadığı bir vaxtda özünü "əsl müsəlman" adlandıran İŞİD radikal terror qruplaşması nın üzvləri İslam qanunlarını pozmaqda davam edir.
Radikal terror qruplaşması din qardaşlarını insanlığa yaraşmayan şəkildə qırır. Həmçinin, müsəlmanlar öz dindaşları tərəfindən məhv edilərək siyasi motivlərin qurbanına çevrilir.
Radikal terror qruplaşması siyasi həqiqətlərə dini don geyindirir. Bu müharibələr isə müsəlman ölkələrini xarabalığa çevirir.
Uzaq məsafədən "uzanan əllər" isə belə müharibələri miqyasının böyüməsində maraqlıdır.
Bir neçə gün bundan əvvəl İŞİD qruplaşması iranlı vətəndaşların əl-qolunu bağlayaraq, "Allahu-Əkbər" deyib qayalıqdan aşağı atıb. Göründüyü kimi, Ramazan ayında da terror qruplaşması öz prinsiplərinə "sadiqlik" nümayiş etdirir.
"Əbu-Bəkr" məscidinin imamı Hacı Qamət Süleymanov açıqlamasında Ramazan ayında radikal terror qruplaşmalarının fəaliyyətindən danışıb.
"Əvvəla təkcə Ramazan ayında yox, digər günlərdə də günahsız insanları məhv etmək olmaz. Əgər terror qruplaşmalarından danışırıqsa, onlar üçün müqəddəs heç nə yoxdur. Təbii ki, onlar özlərini əsl müsəlman kimi hiss edirlər. Ramazan və ya qeyri-Ramazan ayında müsəlman və ya qeyri-müsəlmana eyni gözlə baxırlar. Ona görə də Ramazan ayında da belə terror qruplaşmaları qan tökməkdə davam edir. Ümumiyyətlə, insan yolunu azıbsa, onun gözünə heç nə görünmür. İnsanlıq, rəhmlilik onların kitabında yoxdur. Müsəlmanların müqəddəs Ramazan ayında bu cür qeyri-insani hərəkətləri onlar "xoş əməl" kimi qiymətləndirir. "Allahu-Əkbər" sədası ilə hər gün 100-lə insan məhv edilir. Özlərinə müsəlman deyən İŞİD terror qruplaşması arasında namaz qılan, oruc tutanlar olsa da, insanlıqdan kənar hərəkətlər edirlər. Radikal terror qruplaşmalarının arasında nadir hallarda elə qrup ola bilər ki, Ramazan ayında qan tökməsin. Sadəcə olaraq, onların belə bir iş törətməmək kimi qəti fikirləri yoxdur".
Hacı Qamət bu yaxınlarda İŞİD üzvü olan bir azərbaycanlının internet vasitəsilə müsəlman qardaşlarına müraciətinə də münasibət bildirib.
"Bu cür müraciətlərlə vaxtaşırı tanış oluruq. Bildiyiniz kimi, Ramazan ayında da silahı yerə qoymaq fikirləri yoxdur. Normal düşüncəli, sağlam fikirli adamlar tanınmayan insanların belə müraciətlərinə əhəmiyyət verməsin. Çünki bu cür müraciətlərin hansı məqsədlərə xidmət edilməsi bəllidir".
Digər Xəbərlər
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04