Şərif Ağayardan Elnur Astanbəyliyə ağır sözlər
09:34 09-07-2014
CƏMİYYƏT
Şərif Ağayardan Elnur
Astanbəyliyə ağır sözlər
İki tanınmış yazar arasında nə baş verib?
Bu günlərdə axar.az saytı yazarlar arasında "Tanıdığın, dost dediyin adamlardan hansı qapını döysə, qonaq kimi qəbul etmək istəməzsiniz?" sualı ilə sorğu keçirib.
Sorğunu cavablandıran yazıçı Şərif Ağayar şair Elnur Astanbəyli haqqında sərt danışıb. Saytın yazdığına görə, Ş. Ağayar qonaq qismində görmək istəmədiyi adamların adını belə açıqlayıb: "Elnur Astanbəyli və Mövlud Mövlud... hər ikisi nankordu. Cəhənnəm olsunlar! Mövludun toyunda Elnuru stoldan qovdum. Toyda bizim stola yaxınlaşdı, dedi, Sevinc Elsevərə görə gəlmişəm. Dedim, o zaman yanımdan rədd ol. Mövludu da toyuna bağışladım... Sadəcə, öpüb təbrik etməli idim - həyat yoldaşı Sevincə görə - o, yaxşı qızdır. Mən Mövluda necə qadınla evlənməyi də öyrətdim! Bu adamlar nankordur, sadəcə. Səbəbsiz yerə mənə nifrət edirlər. Məncə, səbəb - sazı-sözü yaxşı bilməyimdir. Onların unikal dəyərlərinə dəyirəm. Mövcudluğum problemdir. Amma deyim, mənim qapımı namərd adam döyə bilməz. Namərd adam qapımı döysə, əllərimi qabağa verərəm. Çoban iti kimi işi həll edərəm. Bu qazaxşina "moşenniklər"i yaxın olduğu üçün yazdım. Mənim qapımı döymək həm real, həm mənəvi mənada asan deyil".
E. Astanbəyli isə Ş. Ağayarın dediklərindən xəbəri olmadığını və bu barədə indi bizdən eşitdiyini deyib. O, yazıçının sözlərini dinlədikdən sonra isə buna gülüşlə cavab verib və əlavə edib: "Yəqin o, bu açıqlamayı bəhs etdiyi toyun axırında verib, çünki həmin vaxt vəziyyəti "gül" idi. Hər halda yaxşı açıqlamadı, xoşum gəldi".
Digər Xəbərlər
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31