Siyavuş Novruzov: "Azərbaycan regionda ən güclü, ən qüdrətli orduya malikdir"
07:19 14-07-2014
CƏMİYYƏT
Siyavuş Novruzov: "Azərbaycan regionda ən güclü,
ən qüdrətli orduya malikdir"
"Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütövlükdə regionda ən güclü, ən qüdrətli orduya malikdir"
Bunu Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov iyulun 10-da Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycanda ordu quruculuğu barədə fikirlərini şərh edərkən deyib.
S.Novruzov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçən iclasda Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, indiki vəziyyəti, həmçinin Azərbaycan Ordusunun hazırlıq səviyyəsi hərtərəfli əhatə olunub: "Elə bir neçə gün öncə Azərbaycan Ordusu işğal olunmuş ərazilərə yaxın yerdə irimiqyaslı təlimlər keçirib. Bura 10 mindən artıq canlı qüvvə, o cümlədən yeni hərbi texnikalar, havadan müdafiə sistemi, hava hücumu sistemi və digər qurğular cəlb olunmuşdu. Bu da Ermənistanı çox narahat edib. Ermənistanın həm siyasi, həm də hərbi dairələri böyük narahatlıq keçirir. Bu, Ermənistan mətbuatında çox geniş yer alıb. Cənab Prezidentin Azərbaycan Ordusunun mövcud vəziyyəti, onun təchizatı, təlimləri, hazırlığı haqqında dediyi fikirlər də bunun bilavasitə sübutudur. Naxçıvan Hərbi Qarnizonunda, eləcə də cənab Prezidentin özünün iştirakı ilə Silahlı Qüvvələr Günü münasibətilə Bakı Qarnizonunda keçirilən təlimlər göstərir ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütövlükdə regionda ən güclü, ən qüdrətli orduya malikdir".
Onun fikrincə, bu bir daha sübut edir ki, Prezidentin xalqla birgə keçirdiyi islahatlar xalq tərəfindən dəstəklənir: "İstər daxili, istər xarici siyasətdə, istər iqtisadiyyatda, istərsə də ordu quruculuğunda görülən işlər bunun bariz nümunəsidir".
Qeyd edək ki, iyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib ki, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir: "Ordu quruculuğu prosesi uğurla gedir, orduda islahatlar dərinləşir, nizam-intizam artır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir".
Dövlət başçısı həmçinin qeyd edib ki, ərazi bütövlüyü əsas beynəlxalq hüququn norma və prinsipidir. Dağlıq Qarabağ münaqişəsi də ancaq bu prinsip çərçivəsində öz həllini tapa bilər.
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50