Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri: "Mən "ASAN Xidmət" modelinin digər ölkələrdə də tətbiqinin tərəfdarıyam"
07:25 14-07-2014
CƏMİYYƏT
Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri: "Mən "ASAN Xidmət" modelinin digər ölkələrdə də tətbiqinin tərəfdarıyam"
İyulun 9-da Böyük Britaniya parlamentində hökumət texnologiyalarının müzakirəsinə dair keçirilmiş dəyirmi masada korrupsiyanın aradan qaldırılması və səmərəliliyin artmasına istiqamətlənmiş "Azerbaijani Service and Assessment Network" - "ASAN Xidmət"in uğurlu fəaliyyəti yüksək qiymətləndirilib.
Dəyirmi masa parlament üzvü Bob Blekmanın təşəbbüsü ilə "Total Politics" jurnalı və Azərbaycan Avropa Cəmiyyəti (TEAS) tərəfindən təşkil olunub. Xidmətdən APA-ya verilən məlumata görə, tədbirdə qeyd olunub ki, "ASAN Xidmət"də müxtəlif dövlət idarələrinin xidmət sahələrinin bir çətir altına gətirilməsi prinsipi ilə 29 özəl və 150 ictimai xidmət təklif edilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) İnnovasiyalar Mərkəzinin direktoru Kamran Ağası dəyirmi masada çıxış edib: "Bu təşəbbüs Azərbaycan rəhbərliyi tərəfindən yürüdülüb. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ilin yanvarında, sonuncu altıncısı isə 2014-cü ilin mayında fəaliyyətə başlayıb. Hər bir mərkəz gündə azı 2 min vətəndaşa xidmət göstərir və indiyə kimi xidmətdən 2 milyondan artıq insan istifadə edib. Biz, gələn ilin sonunadək bu xidmət şəbəkəsinin bütün ölkəni əhatə etməsini planlaşdırırıq. Başlıca məqsədimiz Azərbaycan vətəndaşları üçün xidmətlərin əlçatan olmasının və səmərəliliyinin təmin edilməsidir. "ASAN xidmət" mərkəzləri korrupsiyadan tamamilə azad və şəffaf məkan kimi tanınıblar. Bizim mühəndislərin yaratdıqları növbə gözləmə sisteminə uyğun olaraq sifarişlər internet vasitəsilə verilə bilir və sifarişçilərin verdikləri sifarişə nə zaman baxılacağı haqda dəqiq məlumatı olur. Bundan başqa, onlar, növbələrinin çatması haqda öz telefonlarına bildiriş mesajı da alırlar. Bu isə, əlavə vaxt itkisinin və vətəndaşlarda məyusluq hissinin yaranmasının qarşısını alır. Bir ziyarət ərzində vətəndaşlar bir neçə xidmətdən yararlana bilər. Bütün "ASAN xidmət" mərkəzlərində xidmət haqları xüsusi quraşdırılmış monitorlarda və istifadəçilər arasında paylanan qiymət vərəqələrində göstərilib. Bu vərəqələrdə, həmçinin, tələb olunacaq sənədlər də əvvəlcədən siyahılanır. Yenilik bu işin, bu təşəbbüsün əsasını təşkil edir. Korrupsiya ehtimalını yox dərəcəsində saxlamaq üçün dövlət işçilərinin ödənişlə heç bir əlaqəsi yoxdur. Biz hər zaman "ASAN" xidmət mərkəzlərinin işinin mükəmməlləşməsinə çalışırıq".
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və İctimai Əlaqələr şöbəsinin rəhbəri Azad Cəfərli də tədbirdə çıxış edib.
Lord Kilkluni Bakıdakı "ASAN xidmət" mərkəzinin heç bir ölkədə analoqu olmayan, çox səmərəli bir sistem olduğunu qeyd edib. Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Kristofer Pinçer bu yaxınlarda Azərbaycana səfəri zamanı Bakıda "ASAN xidmət" mərkəzində olduğunu söyləyib: "Şübhəsiz ki, bu mərkəzlərin korrupsiyanın səviyyəsinin aşağı salınmasında və ictimai inamın artırılmasında rolu böyükdür. Mən bu modelin digər ölkələrdə ötürülməsinin və tətbiqinin tərəfdarıyam. Burada şəffaflığa riayət edilməsi əsas məsələlərdən biridir".
Sonra "ASAN Xidmət" rəsmiləri Londondakı Vestminister Şurasını (yerli özünüidarəetmə orqanı) ziyarət edib, elektron hökumət xidmətləri ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparıblar. Daha sonra qonaqlar əvvəllər müxalifətin kölgə hökumətinin yerli özünüidarəetmə orqanlarının icra aparatının rəhbəri olmuş, hazırda isə parlamentin üzvü olan Endy Sofordla da görüşüblər. O, belə görüşlərin mütəmadi keçirilməsinin tərəfdarı olduğunu dilə gətirib və qeyd edib ki, "ASAN xidmət" modeli Britaniya hökumətində də tətbiq oluna bilər.
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50