İtaliyanın "East journal" onlayn jurnalında Prezident İlham Əliyevin Yunanıstana səfəri ilə bağlı məqalə yerləşdirilib
İtaliyanın "East journal" onlayn jurnalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin iyununda Yunanıstana səfəri ilə bağlı məqalə yerləşdirilmişdir.
Məqalədə vurğulanır ki, Azərbaycan qazını Avropaya daşıyacaq "Trans-Adriatik Pipeline" (TAP) boru kəmərinin keçdiyi ölkələrdən biri olan Yunanıstanda son illərdə müşahidə edilən iqtisadi durğunluq yeni tərəfdaşlarla əlaqələri genişləndirmək zərurəti yaradır.
Yazıda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstana səfəri çərçivəsində bir sıra sazişlər imzalanmışdır. Bu sırada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Yunanıstanın qazpaylayıcı sistemi olan "DESFA" şirkətinə məxsus səhmlərin 66 faizini alması ilə bağlı sənəd xüsusi yer tutur.
Müəllif cari ilin mayında Yunanıstanın baş naziri Antonis Samarasın Azərbaycana səfərini xatırladaraq vurğulayır ki, bu səfər TAP layihəsinin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. TAP-ın reallaşması çərçivəsində bütün tərəflər üçün davamlı tərəfdaşlıq əlaqələri qurmaq və iqtisadi müttəfiqlik münasibətlərini genişləndirmək imkanı yaranmışdır.
Digər Xəbərlər
2025-02-26 22:55:46

2025-02-26 22:36:19

2025-02-26 21:14:26

2025-02-26 20:42:31

2025-02-26 20:15:16

2025-02-26 20:09:06

2025-02-26 18:59:30

2025-02-26 18:57:18

2025-02-26 18:57:03

2025-02-26 18:48:03

2025-02-26 18:47:58

2025-02-26 18:35:21

2025-02-26 18:33:32
.jpg)
2025-02-26 18:31:01

2025-02-26 18:24:13

2025-02-26 18:17:31
2025-02-26 18:06:04
.png)
2025-02-26 18:00:47

2025-02-26 17:44:04
