Səlim Müslümov BP şirkətinin regional prezidenti ilə görüşüb
11:27 15-07-2014
SİYASƏT
Səlim Müslümov BP şirkətinin regional prezidenti ilə görüşüb
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrelli qəbul edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, BP şirkətinin Azərbaycan iqtisadiyyatındakı roluna toxunan S.Müslümov bu gün xeyli sayda insanın çalışdığı şirkətdə yerli mütəxəssislərin də sayının getdikcə artmasının müsbət faktor olduğunu qeyd edib.
Nazir bildirib ki, BP ilə ƏƏSMN arasında işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi, onların məşğulluğunun təminatı, əmək miqrasiyası, peşə və kvalifikasiya standartlarının hazırlanması və s. məsələlərin müzakirəsi məqsədilə bir sıra görüşlər keçirilib: "Hesab edirəm ki, bizim əməkdaşlığımız işçi qüvvəsinə, o cümlədən əcnəbi işçi qüvvəsinə olan tələb və təklif üzrə operativ məlumat mübadiləsinin aparılması, peşə və ixtisas standartlarının hazırlanması, neft sektorunun inkişafı ilə əlaqədar gələcəkdə tələbatın artacağı peşə və ixtisaslar üzrə proqnozların hazırlanması sahələrini əhatə edə bilər".
S.Müslümov həmçinin əməyin mühafizəsi, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisasının artırılması işinin təşkili və məşğulluqlarının təminatı, əlilliyi olan şəxslərin, gənclərin, əhalinin sosial cəhətdən həssas olan digər qruplarının məşğulluğuna kömək göstərilməsi və s. sahələrin də gələcək əməkdaşlıq üçün xüsusi önəm kəsb etdiyini bildirib: "ƏƏSMN, Azərbaycan Dövlət Neft Şirkəti və BP şirkəti qeyd olunan sahələrdə əməkdaşlığa dair Tədbirlər Planı hazırlamaqdadır və artıq bununla bağlı təkliflər nəzərdən keçirilir".
Q.Birrell şirkətdə işçilərin əmək potensialının keyfiyyətcə yüksəldilməsi, peşəkarlıq səviyyələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması yönündə görülən işlərdən bəhs edib. Səslənən təklifləri müsbət qarşıladığını vurğulayan Q.Birrell təmsil etdiyi şirkətin qeyd olunan sahələrdə ƏƏSMN ilə əməkdaşlıq əlaqələrini gücləndirmək iradəsinə malik olduğunu diqqətə çatdırıb. Görüşdə BP şirkətinin regionda həyata keçirdiyi layihə və əməliyyatlardan söz açılıb, işçi qüvvəsinə, o cümlədən əcnəbi işçi qüvvəsinə olan tələb və təklif üzrə operativ məlumat mübadiləsinin aparılması, işçilərin əmək hüquqlarının qorunması, o cümlədən əməyin mühafizəsi, işçi qüvvəsinin əmək potensialının keyfiyyətcə yüksəldilməsi, peşə və ixtisas standartlarının hazırlanması, boş iş yerləri (vakansiyalar) barədə məlumatların ƏƏSMN-ə təqdim olunması və s. məsələlərə dair fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53