Müsavatda yeni qarşıdurma yaranıb
11:56 19-07-2014
CƏMİYYƏT
Müsavatda yeni qarşıdurma yaranıb
İsa Qəmbər qurultayı yenə də ertələməyə çalışır
Müsavat Partiyasında qurultayın keçirilməsi ilə bağlı fikir ayrılığı yaranıb. Artıq partiya rəhbərliyi bunu ictimaiyyətdən gizlədə də bilmir.
Bu barədə partiyadan "Unikal"a verilən məlumata görə, bir qrup partiya funksioneri Müsavatın qurultayının bu il keçirilməsinin tərəfdarı olsa da, digər qrup qurultayın 2015-ci ildə keçiriləcək parlament seçkilərindən sonraya saxlanmasını istəyir.
Məsələylə bağlı açıqlama verən partiyanın Divan üzvü Tural Abbaslı faktı təsdiqləyib. Partiya daxilində qurultayın gecikdirilməsi kimi təkliflərin olduğunu deyən T.Abbaslının sözlərinə görə, parlament seçkilərinə bir il qaldığı halda, qurultayın keçirilməsi Müsavatı əsas hədəfindən yayındıra bilər: "Düşünürəm ki, partiyanın əsas hədəfi seçkilər olmalıdır. Ancaq Nizamnaməyə görə, qurultay 4 ildən bir keçirilməlidir. Buna görə bizim siyasi, hüquqi baxımdan qurultayın gecikdirilməsinə qərar vermək səlahiyyətimiz yoxdur. Yəni, bu, bir arzu olaraq qala bilər. Bu kimi təkliflərin rəsmiləşdirilməsinin hüquqi qaydası yoxdur".
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da açıqlamasında bildirib ki, partiyanın bir neçə funksioneri tərəfindən qurultayın parlament seçkilərindən sonra keçirilməsi barədə təklif irəli sürülsə də, bu, nə partiya rəhbərliyində, nə də Təşkilat Komitəsində dəstək tapıb: "Çünki qurultayın keçirilməsini Nizamnamə tələb edir. Bizə qurultayı keçirmək üçün yer ayrılmaması ciddi problemlər yaratdı. Ancaq təxminən bir ay əvvəl yaranmış vəziyyəti hərtərəfli müzakirə edərək, qurultayın sentyabrın 27-də keçirilməsini qərara aldıq".
"Unikal"ın əldə etdiyi məlumata görə, qurultayın parlament seçkilərindən sonraya ertələnməsi Müsavat Partiyasının başqanı İsa Qəmbərin planıdır. Bu barədə bizi bilgiləndirən şəxs deyib ki, İ.Qəmbər başqanlıqdan getməmək üçün bütün variantları işə salıb: "İsa bəy ya dediyi sözü yeməlidir, ya da başqanlıqdan getməlidir. Məsələ ondadır ki, başqanlıqdan getmək istəmir, amma bunun üçün də mütləq qurultay ertələnməlidir. Buna görə də özünə yaxın olan şəxslərin vasitəsiylə qurultayın parlament seçkilərindən sonraya qədər ertələnməsi təklifini irəli sürür".
Müsahibimizin sözlərinə görə, İsa Qəmbər bacardığı qədər bu istəyinə nail olacaq. Əgər onun bu planına qarşı çıxan olmasa, böyük ehtimalla qurultay 2015-ci ilə qalacaq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33