Fətullah Gülənin adamları Bakı Dövlət Universitetinin professorunu həbs etmək istəyiblər
10:04 24-07-2014
CƏMİYYƏT
Fətullah Gülənin adamları Bakı Dövlət Universitetinin professorunu həbs etmək istəyiblər
Ötən gün Türkiyə polisinin dövlət daxilində "paralel təşkilatlanma" ya qarşı keçirdiyi əməliyyatları ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. İstanbul hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlar çərçivəsində Fətullah Gülən camaatına məxsus "paralel dövlət"in tərkib hissəsi olduğu iddia edilən polis əməkdaşları da saxlanılıb. Onlar Türkiyədə qanunsuz və ötən ilin dekabrında böyük rüşvət və korrupsiya əməliyyatlarını həyata keçirməklə dövlət daxilində sabitliyi pozmaqda ittiham edilir.
Fətullah Gülən şəbəkəsindəki qruplaşmalara xidmət etməkdə şübhəli bilinərək saxlanılan polis və təhlükəsizlik xidməti əməkdaşlarının növbəti siyahısı ələ keçib.
Bu siyahıda ötən ilki böyük rüşvət və korrupsiya əməliyyatlarındakı kimi, Türkiyədə həbs edilməsi nəzərdə tutulan 242 nəfərin adı var. Türkiyə polisi iddia edir ki, dövlət içindəki "paralel quruluş"un həbs edilən nümayəndələri 242 nəfərlik siyahıda adı keçən şəxsləri həbs etməyi planlaşdırmaqla, ölkədə növbəti siyasi qalmaqal və qarşıdurma yaratmaq niyyətləri güdüblər.
Məlumata görə, Gülən qruplaşmasına daxil olan həbs edilən hüquq-mühafizə orqanlarının əməkdaşları 242 nəfəri "Salam" terror təşkilatına mənsub olmaq ittihamı ilə həbs etməyi qarşılarına məqsəd qoyublar.
242 nəfərlik siyahıda Müstəqil Türkiyə Partiyasının qurucusu və sədri Heydər Baş da var.
Modern.az saytı adıçəkilən şəxslə bağlı maraqlı məqamları nəzərə alıb, onun həyat və fəaliyyətinin qısa xronikasını təqdim edir:
Heydər Baş 1947-ci ildə Türkiyənin Trabzon şəhərində anadan olub. O, orta məktəbi və liseyi Trabzonda bitirib. 1970-ci ildə Kayseri Ali İslam İnstitutunu bitirib. Heydər Baş 1991-ci ildən Bakı Dövlət Universitetində müəllim kimi işləməyə başlayır.
Bakı Dövlət Universitetində "Vəda Xütbəsində İnsan Haqları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edəndən sonra, bu təhsil müəssisəsində elmi fəaliyyətini bir az da genişləndirib. BDU-dakı akademik fəaliyyəti zamanı "İslam və Həzrəti Mövlanə", "Təsəvvüf tarixi", "Dinin sosiologiyası", "Din psixologiyası" adlı elmi işlər ortaya qoymaqla professor olub. Onun tərcümeyi-halında bu günün özündə də BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb dili və ədəbiyyatı bölməsində müəllim işlədiyi bildirilir.
Heydər Başı dünyada məşhur edən Milli İqtisadiyyat Modeli adlı iqtisadi nəzəriyyəsini əks etdirən eyni adlı kitabı BDU 2005-ci ildə nəşr edib.
Onu BDU-nun sabiq rektorları, Milli Məclisin keçmiş sədri Murtuz Ələsgərov, eks-təhsil naziri Misir Mərdanov da tərifləyib və Heydər Başın elmi fəaliyyətini təqdir ediblər.
Heydər Baş Milli İqtisadiyyat Modeli haqqında Rusiya Dövlət Dumasında da məlumat verib. Onun nəzəriyyəsi rus deputatlar tərəfindən müsbət qarşılanıb.
Fuad
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22