Hakimiyyətdən və müxalifətdən ATƏT-in Minsk qrupuna təpki
10:07 24-07-2014
CƏMİYYƏT
Hakimiyyətdən və müxalifətdən ATƏT-in Minsk qrupuna təpki
Əli Orucov deyir ki, xalqın iradəsinə arxalanıb problemin hərbi-siyasi yolla həll edilməsi imkanları hələ tükənməyib
Son dövrlər həm hakimiyyət nümayəndələri, həm müxalifətçilər həm də müstəqil politoloqlar Qarabağ münaqişəsinin həlli ilə bağlı narahatlıqlarını ifadə etməyə başlayıblar.
Xüsusən də məsələnin sülh yolu ilə həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun missiyasından narazılıqlar daha da artıb. Artıq hakimiyyətin də yuxarı dairələrindən belə narazılıqlar gəlməkdədir.
"Qoy ATƏT-in Minsk qrupunun nümayəndələri etimadı gedib ermənilərə öyrətsinlər". Bunu Baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanın Ağdam rayonunun ermənilər tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.
Baş nazirin müavini bldirib ki, ATƏT-in Minsk qrupu Azərbaycana deyil, Ermənistana etimadı öyrətməlidirlər: "Bizə etimaddan danışan Minsk qrupunun dövlətləri son vaxtlar etimad sözünü də atıblar ortaya. Qoy bilsinlər ki, bizə o etimadı öyrətmək lazım deyil. Azərbaycan xalqı tarixən həmişə qonşularla etimad şəraitində yaşayıb. Qoy gedib o etimadı ermənilərə öyrətsinlər və ermənilərin qarşısında o şərti qoysunlar". Ə.Həsənov bildirib ki, Azərbaycan artıq onlara inanmır: "Biz artıq onlara inanmırıq. ATƏT-in Minsk qrupu demək olar ki, mahiyyətini itirib". Baş nazirin müavini, həmçinin qeyd edib ki, Ağdam gec-tez erməni işğalından azad ediləcək: "Çox təəssüf ki, biz bu gün Ağdamın azad edilməsi yox, işğalının növbəti ildönümü münasibətilə yığışmışıq. Amma biz bilirik ki, Ağdamın işğalı müvəqqətidir. Biz Ağdamı işğaldan azad edəcəyik. Buna tam əminik".
Məsələylə bağlı "Unikal"a açıqlama verən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov deyib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti Azərbaycana müsbət heçnə vəd eləmir. Onun sözlərinə görə, bu qurumun indiyə qədərki fəaliyyəti buna əyani sübutdur: "Ümumiyyətlə, Minsk Qrupu bizə lazım deyil. Çünki bu qurum münaqişənin həllində heç nə edə bilmədi və heç nə etmək iqtidarında da deyil. Azərbaycan hakimiyyəti bu qrumun münaqişənin həlli ilə bağlı vasitəçiliyindən imtina etməlidir və problemin həllini öz üzərinə götürüb separatizmin kökünü kəsməlidir. Ukryanada olduğu kimi".
Maraqlıdır, ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina olunmasını əksəriyyət təklif edir. Belə olacağı təqdirdə hansı beynəlxalq təşkilatın vasitəçilik eləməsi mümkündür? Əli Orucov deyir ki, bu məsələ artıq qeopolitik bir məcraya düşüb. Ona görə də problemin sadə variantda həlli mümkün deyil: "Bilirsiz, Dağlıq Qarabağ problemi artıq Azərbaycan hüdudlarından çıxarılıb və beynəlxalq status qazanıb. Bunun da günahkarı indiki iqtidardır. Vasitəçilik missiyasını həyata keçirməli olan ATƏT-in Minsk Qrupunun ixtiyarına münaqişənin tamamilə həlli tapşırılıb. Azərbaycan tərəfinin vəzifəsi isə müxtəlif səviyyəli və müxtəlif tərkibli görüşlərlə yekunlaşır. Problem elə fazaya daxil olub ki, bunun həllinin Bakıdan asılı olması demək olar ki, mümkünsüzləşib. Azərbaycan xalqının iradəsinə arxalanıb problemin hərbi-siyasi yolla həll edilməsi imkanları hələ tam tükənməyib".
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22