Müsavat Məclisinin üzvü tələb etdi Hikmət Hacızadə: "Qurultay keçirilməlidir"
10:08 24-07-2014
CƏMİYYƏT
Müsavat Məclisinin üzvü tələb etdi
Hikmət Hacızadə: "Qurultay keçirilməlidir"
"Müsavat Partiyasının qurultayının keçirilməsi vacibdir". Bunu Müsavat Partiyasının Məclis üzvü Hikmət Hacızadə deyib.
H.Hacızadə partiyanın bəzi üzvlərinin qurultayın parlament seçkilərinə qədər təxirə salınması barədə fikirləri ilə razılaşmayıb. O qeyd edib ki, partiyada yenilənmə olmalıdır: "Qurultayı keçirmək lazımdır. Qurultayda yeni başqan seçiləcək, partiyanın sənədlərinə baxılacaq, yeni Divan formalaşacaq. Demokratiyanın qanunu odur ki, heç kim əbədi olaraq, vəzifədə qalmamalıdır, gərək dəyişsin".
H.Hacızadə başqanlığa namizəd olmayacağını deyib. Kimin namizədliyini dəstəkləyəcəyinə gəlincə isə, bu barədə qərarını qurultay ərəfəsində açıqlayacağını bildirib.
Digər Xəbərlər
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05