Mübariz Qurbanlı ilk iclasını keçirdi
10:02 25-07-2014
CƏMİYYƏT
Mübariz Qurbanlı ilk iclasını keçirdi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivinin ümumi iclası keçirilib.
DQİDK-nın mətbuat xidmətindən daxil olan məlumata görə, iclasda Dövlət Komitəsinin yeni sədri Mübariz Qurbanlı, DQİDK-nın mərkəzi aparatının işçiləri, habelə bölgə şöbə müdirləri iştirak ediblər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bundan sonra DQİDK-nın qarşısında duran vəzifələr barədə məlumat verib. Bildirilib ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətləri strategiyası ölkəmizdə yaşayan müxtəlif dini inanclara sahib olan vətəndaşlarımız arasında mövcud olan tolerantlığın gücləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi habelə vətəndaşlarımızda, xüsusən də dindarlarda dövlətə inamın və dövlətçiliyimizə dəstəyin formalşdırılmasına xidmət edir.
Tədbirdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təltif edilmiş DQİDK-nın Qarabağ bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfova Dövlət Komitəsinin sədri tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı təqdim edilib.
Digər Xəbərlər
2025-01-03 23:04:23
2025-01-03 21:49:58
2025-01-03 18:02:52
2025-01-03 16:47:57
2025-01-03 14:37:43
2025-01-03 14:17:48
2025-01-03 13:37:05
2025-01-03 12:05:02
2025-01-03 11:16:02
2025-01-03 11:03:03
2025-01-02 23:28:08
2025-01-02 16:56:01
2025-01-02 16:44:46
2025-01-02 16:10:16
2025-01-02 14:18:02
2025-01-02 14:03:14
2025-01-02 13:45:52
2025-01-02 13:22:18
2025-01-02 13:14:03
2025-01-02 12:50:59