Bahar Muradova: "Leyla Yunusun Azərbaycanın milli maraqlarına zidd mövqe sərgilədiyi hər zaman açıq-aşkar görünürdü"
10:38 01-08-2014
CƏMİYYƏT
Bahar Muradova: "Leyla Yunusun Azərbaycanın milli maraqlarına zidd mövqe sərgilədiyi hər zaman açıq-aşkar görünürdü"
"İstintaq hərəkətlərinin həyata keçirilməsi üçün Leyla Yunus barəsində 3 aylıq həbs qətimkan tədbirinin seçilməsini Cinayət-Prosesual Məcəlləsinin tələblərinə uyğun bir prosedur kimi qəbul etmək lazımdır".
Bunu açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
B.Muradova qeyd edib ki, L.Yunusun Azərbaycanın milli maraqlarına zidd fəaliyyət sərgilədiyi hər zaman açıq-aşkar görünürdü və bunu Azərbaycanda bilməyən yoxdur: "Azərbaycanın maraqlarına zidd mövqe sərgiləməkdə şübhələr doğuran fəaliyyət sahibləri qanun qarşısında cavabdehlik daşımalıdır. Əgər belədirsə, qanun müdafiəçiləri bunu sübut etməlidir, əgər belə deyilsə, günahlandırılan şəxslər faktları varsa, ortaya qoyub öz günahsızlıqlarını sübut etməlidirlər. Ona görə də mən Leyla Yunusun həbs edilməsinə normal bir hadisə kimi baxıram".
Vitse-spiker əlavə edib ki, bundan bir sensasiya düzəltmək istəyənlər isə bu məsələdən öz siyasi maraqları üçün istifadə etməyə çalışırlar: "Bu gün lazımsız olaraq Leyla Yunusun müdafiəsinə qalxan siyasi partiya rəhbərlərinin və vaxtilə onunla bir komandada olan şəxslərin narahatlıqlarını başa düşürəm. Görünür, onlar düşünürlər ki, bu araşdırmaların bir ucu da gəlib onlara çıxa bilər. Onların narahatlığı bununla əlaqədardır".
Digər Xəbərlər
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12